ONLINE PSİXOTERAPİYA

Lütfən, vaxt təyini edilmədən, ödəmə etməyin.

TERAPİYA ÜÇÜN ŞƏRAİT:

– Tək qala biləcəyiniz, şəxsi problemlərinizdən rahatlıqla danışa biləcəyiniz şəraiti yaradın,
– Seans müddətində sizin olduğunuz otağa kənar şəxslərin girməyəcəyinə əmin olun,
– Sürətli internet bağlantınız olsun,
– Verəcəyim link vasitəsilə canlı görüş keçiriləcək.
– Mikrofon və kameranın işlək vəziyyətdə olmağı lazımdır.
– Terapiya səsli və görüntülü olmalıdır. Lütfən, terapiya müddətində olacağınız otağın yaxşı işıqlandırılmış və səssiz olmağına diqqət yetirin.
– Diqqətinizi yayındıracaq vasitələri otaqdan kənar edin (telefon, ev heyvanı …)
Daha ətraflı oxumaq üçün: LİNK

* Aparılan terapiya seansları gizlilik prinsipinə bağlı qalaraq, etik qaydalar çərçivəsində həyata keçirilir.
* Seanslarda görüntü və ya səs yazmaq qadağandır. Bu, terapistlə yanaşı, pasientin də məsuliyyətidir.

Addım 1: Randevu almaq üçün aşağıdakı formdan qeydiyyatdan keçiniz.
Addım 2: Email aldıqdan sonra sizə gün və saat təklifi, ödəniş məlumatları göndəriləcəkdir.
Addım 3: Ortaq vaxt təyin edildikdən sonra, seans günü verilən link vasitəsilə zəng olunacaq və terapiya başlayacaqdır.
(Seans başlamazdan 5 dəqiqə əvvəl mikrofonu və kameranı kontrol ediniz.

TERAPİYA ÜÇÜN ÖDƏNİŞ:

Fərdi terapiya                    Cüt terapiyası
müddət: 50 dəq.                müddət: 60 dəq
ödəmə: 180 Azn.                ödəmə: 250 Azn.

  • Hər seansın ödəməsi seans təyin olunduğu tarixdən əvvəl göndərilir. Beləcə, həmin gün və saatı sizə ayırmış oluram.
  • Təxirə salmaq və ya ləğv etmək istədiyinizdə, 48 saat öncədən deməyiniz lazımdır. Əks halda, ödəniş tələb olunur.
  • Seansa gecikdiyiniz zaman, müddət 15 dəqiqəni keçərsə, seans ləğv olunur və ödəniş daxil edilir. 15 dəqiqədən tez müddətdə seansa yetişdiyiniz zaman, geriyə qalan müddət ərzində seans davam edəcək, bitməli olduğu saatda da bitəcək. Vaxt əlavə edilməyəcək.
  • Seansa mən geciksəm, gecikdiyim müddəti kompensasiya edəcəyəm, 45 dəqiqə tamam olduğu zaman seans bitəcək.

Online terapiyanın tətbiq edilməyəcəyi hallar:
– Ağır psixiatrik pozuntu hallarında
– Kriz vəziyyətində: özünə və ya başqalarına zərər verməyə dair düşüncələrin olmağı, intihar düşüncələri,
– 18 yaşından kiçik olmağı.

** Alınan randevunu dəyişdirmək və ya ləğv etmək istəyi seans vaxtından ən az 48 saat əvvəl terapistə bildirilməlidir.
Əks təqdirdə geri ödəniş edilməyəcək və ya yeni ödəmə edilmədən başqa randevu verilməyəcəkdir.

Qeydiyyat formu:

Cüt yoxsa fərdi terapiya almaq istəyirsiniz? (required)

Üstünlük verilən saat:(required)