Hazırda online terapiya üçün gözləmə siyahısı var.
Lütfən vaxt təyini edilmədən, ödəmə etməyin.
Ofisdaxili terapiya mövcud deyil.
TERAPİYA ÜÇÜN ŞƏRAİT:
-
- Tək qala biləcəyiniz, şəxsi problemlərinizdən rahatlıqla danışa biləcəyiniz şəraiti yaradın,
- Seans müddətində sizin olduğunuz otağa kənar şəxslərin girməyəcəyinə əmin olun,
- Sürətli internet bağlantınız olsun,
- Verəcəyim link vasitəsilə canlı görüş keçiriləcək.
- Mikrofon və kameranın işlək vəziyyətdə olmağı lazımdır.
- Terapiya səsli və görüntülü olmalıdır. Lütfən, terapiya müddətində olacağınız otağın yaxşı işıqlandırılmış və səssiz olmağına diqqət yetirin.
- Diqqətinizi yayındıracaq vasitələri otaqdan kənar edin (telefon, ev heyvanı …)
* Aparılan terapi seansları gizlilik prinsipinə bağlı qalaraq, etik qaydalar çərçivəsində həyata keçirilir.
Addım 1: Randevu almaq üçün aşağıdakı forumdan qeydiyyatdan keçiniz.
Addım 2: Email aldıqdan sonra vaxt təyini üçün gün və saat təklifi göndəriləcəkdir.
Addım 3: Ortaq vaxt təyin edildikdən sonra, danışılan saatda verilən vasitəsilə zəng olunacaq və terapiya başlayacaqdır.
(Seans başlamazdan 5 dəqiqə əvvəl mikrofonu və kameranı kontrol ediniz.
TERAPİYA ÜÇÜN ÖDƏNİŞ:
Online terapiyanın tətbiq edilməyəcəyi hallar:
– Ağır psixiatrik pozuntu hallarında
– Kriz vəziyyətində: özünə və ya başqalarına zərər verməyə dair düşüncələrin olmağı, intihar düşüncələri,
– 18 yaşından kiçik olmağı.
** Alınan randevunu dəyişdirmək və ya ləğv etmək istəyi seans vaxtından ən az 48 saat əvvəl terapistə bildirilməlidir.
Əks təqdirdə geri ödəniş edilməyəcək və ya yeni ödəmə edilmədən başqa randevu verilməyəcəkdir.
Salam.Sebnem xanim.Men qadinam.Sadece heyat yoldasim icaze vermediyine gore oz mailimle gire bilmirem.Sizde 1 terapi ucun 70 azn odmey lazimdi? Sadece bu qiymet budcemize uygun deyil ona gore oyrenmek isteyirdim.Men tek ozum terapi almag isteyirem bilmirem vaginizmem ve yaxud yox.Bu barede melumatlarda oxumusam ozumu ordaki kimide hiss elemirem.
BəyənBəyən
Salam xanım,
Bu haqda daha detallı görüşə bilərik.
BəyənBəyən
Fikir d ağınıqlığından və televizor bağlılığından əziyyət çəkirəm
BəyənBəyən
Salam Şebnem xanim men oölumla isterdim sohbet edesiniz,7yaşi var.Bu mumkundurmu?Birde qiymeti bilmek isterdim
BəyənBəyən
Salam Sevinc xanım,
Güvəniniz üçün təşəkkür edirəm. Online terapiya 18 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulub. Bu və yetişkin psixoterapevti olmağım səbəbindən sizi qəbul edə bilməyəcəyəm. Uğurlu günlər diləyirəm.
BəyənBəyən
Yeni depresiyada olduğumu öyrəndim. Gerçek heyatıma dönmək isteyirəm. Ölümü fikirləşmək artıq adı birşey kimi gəlir mənə. Kömək isteyirəm xahiş edirəm kömek edin
BəyənBəyən
Salam Durna xanım. Məlumatlarınızı bu səhifədən dolduraraq mənə göndərin lütfən. Sonrakı addımları sizinlə paylaşacağam.
BəyənBəyən
Salam. Sizin mualiceniz lazimdi. Heyatimda hec yaxshi bir wey gormirem. Ureydiyuntusu, qorxu, sebebsiz heyacan, iwdahsizliq, pessimislik, passivlik hamisi menim indiki halimdi. Nece olar sizinle skaypla mualice almaq, yawayiram Russiyada
BəyənBəyən
Salam, Zəhmət olmasa bu linkdən məlumatlarınızı yazın, sizə oradan detalları göndərəcəyəm.
https://shebnemsadigova.com/online-terapiya/
BəyənBəyən
Salam Şəbnəm xanım.Bilmək istəyirdim sizinlə 1 seans görüşə bilərəmmi?Cünki ola bilsin problemim yoxdur.Sadəcə əmin olmağım üçün bilən birinin sözünə ehtiyacım var ki,məndə rahatlıyım.1 seansın qiymətini bilmək istəyərdim.Zəhmət olmasa.Təşəkkürlər.
BəyənBəyən
Salam, Şəbnəm xanım. 60 dollarlıq ödənişə neçə seans daxildir?
BəyənBəyən
Salam Gülnar xanım,
Fərdi terapiya seansı, yəni bir seans üçün nəzərdə tutulmuş ödənişdir.
BəyənBəyən