Psixoterapiya ağac əkməyə bənzəyir. Bu çox zəhmətli, məsuliyyətli və eyni zamanda da zövqlü bir işdir. Ağacın boy atması üçün ona lazımi qayğını göstərmək lazımdır və bu müəyyən zaman alır. Onun üçün çalışdığımız hər gün çiçəklənəcəyi, meyvə verəcəyi günü yaxınlaşdırar. O günün gəlişi uzun sürür deyə ağacı baltalaya bilmərik. Ağac çiçəkləndiyi zaman, bar verəcəyini anlayarıq və həmin an onu kəsmərik. Kəssək əsla onun meyvələrindən, kölgəsindən-sərinindən yararlana bilməyəcəyimizi anlayarıq və çox gec olar. Psixoterapiyanın yarıda kəsilməyi çiçəklənən ağacın kəsilməsi deməkdir.
Psixi sağlamlıq üçün erkən müdaxilə və zəhmət önəmlidir.
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.