Dürüst olmağa dair…

Psixoterapiyanın effektivliyində həm də insanın özünə olan dürüstlüyü vacib rol oynayar. Düşüncə və duyğularımızı açıq danışdığımız zaman yaxşılaşmanı sürətləndirmək mümkündür. Bacarmadığımızı hiss etdiyimizdə, terapiyanın dəstəyindən yararlanmaqda fayda var.
Seanslar müddətində, özümüz də bilmədən narahatçılıqlarımızı terapistə yönləndirə bilirik. İnsan problem situasiyanın üzərini qapadıqca, çətinliklərin davam etməsinə zəmin yaradar. Terapistimizlə köməkləşərək səmimi və dürüst mühitdən qidalanmaq lazımdır.
Seanslarla əlaqəli düşüncələrdə, hətta terapiyanı bitirmək istəyərkən belə həm özünə, həm də terapistə qarşı açıq olmalı. Və qarşılıqlı güvən içində müzakirələrə, görüşlərə davam etməli.
Davamlılığı qorunduğu zaman terapiya nəticə verər.

psychologist-1

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.