İki insan arasında qucaqlaşmanın orta hesabla müddəti maksimum 3 saniyə çəkir. Amma araşdırmaçılar maraqlı bir nəticəyə gəliblər. Qucaqlaşma müddəti 20 saniyəni aşanda bədən və şüur arasında terapevtik effekt yaranır. Nəticədə, səmimi qucaqlaşma oksitosin adlı hormonu yaradır. Bu həm də sevgi hormonu kimi tanınır. Bu hormonun bizim fiziki və mental səhhətimizə böyük yararı var. O bizə dincəlməyə, özümüzü təhlükəsiz və rahat hiss etməyə, qorxu və narahatlıqlarımızı sakitləşdirməyə kömək edir.
Hər dəfə sevdiyimiz insanı və ya bir körpəni qucaqlayanda, pişik və ya itlə oynayanda, sevdiyimiz şəxslə rəqs edəndə, sevgilimizə yaxınlaşanda, hər hansı bir dostumuzun çiyinlərini qucaqlayanda özümüzü güvəndə hiss edirik.
Qucaqlayın və qucaqlaşın, bu ki free-dir 🙂

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.