Vaginizm – vaginal əzələlərin qadının iradəsindən kənar olaraq, özündən asılı olmadan
kilitlənərək, cinsi birləşməni mümkünsüz hala gətirən, çox hallarda psixoloji kökənli yaşanan cinsi problemdir. Kənardan gələn hər hansısa qıcıq qarşısında gözlərimizi refleks olaraq yummağımızı bu vəziyyətə misal gətirmək olar. Beləki, bizim iradəmizdən kənarda göz qapaqlarımız qorunma məqsədi ilə anidən qapanır və kənardan gələn yad cismin gözlə təması əngəllənir. Vagizimdə də bu tip bir dinamikadan söhbət gedir. Vaginal əzələlər ilə qadının bədəni də sinxronizə olur və penis girişini bir təhlükə, qorxu ya da ağrı hiss ediləcək bir obyekt olaraq qavrayır və cinsi bərabərliyi özündən asılı olmadan rədd edir.
Belə hallarda ilk növbədə bir ginekoloq muayinəsindən keçmək mütləqdir. Vaginizmin hansı mərhələsində olduğunuz müəyyən edildikdən sonra psixoterapiya alaraq bu problemdən qurtula biləcəksiniz.
Bu sahədə yalnız cinsi disfunksiyalarla bağlı təhsil almış və təcrübəyə sahib psixoloqlar məşğul ola bilər.
Daha detallı məlumat üçün buyurun:
Vaginizm haqqında əsas suallar və cavabları
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.
Salam. Baqishlayin narahat edirem. Odenishi hara odemeliyik ne qeder odemeliyik? Mualiceye ne vaxt bashlaya bilerik skaypla olur mualice?
BəyənBəyən
Ədalət bəy salam. Sizə 8 noyabr tarixində və bugünkü tarixdə emaillə cavab yazılıb. əgər məktubu hələ də almamısınızsa lütfən bu emailə yenidən yazın: shabnam.sadig@gmail.com
BəyənBəyən