İnternet sayəsində əvvəllər qeyri-mümkün kimi görünən xidmətlərin verilməsi artıq mümkündür. Ənənəvi olaraq ancaq klinikada aparılan terapiyanı artıq “online” olaraq da əldə edə bilərsiniz. Skype vasitəsilə terapist-pasient arasında individual şəkildə qarşılıqlı danışaraq aparılan bir terapiya üsuludur. Bu sahədə aparılan araşdırmalar sübut etmişdir ki, psixoterapiya üz-üzə, yəni görüntülü və səsli şəraitdə online formada aparıldığı zaman ənənəvi psixoterapiyaya faydalı alternativ təşkil edir.
Və yazışaraq terapiya qətiyyən effektiv deyildir, məsləhət görülmür. Aparılan terapi seansları gizlilik prinsipinə bağlı qalaraq, etik qaydalar çərçivəsində həyata keçirilir.
Online terapiyanın bir çox avantajı var:
- Evinizdən və ya ofisinizdən çıxmadan terapiya ala bilərsiniz.
- Terapiyada bir saat keçirmək üçün bir o qədər vaxtı trafikdə keçirməkdən sizi xilas edir.
- Ölkə xaricində yaşayırsınızsa və sizinlə eyni dili danışan terapist istəyirsinizsə online terapiya vasitəsiylə harda olursunuzsa olun, rahatca terapiya ala bilərsiniz
- Bir klinikaya ya da psixoloji mərkəzə gedərkən başqalarının görəcəyi və ya muhakimə edəcəyi qorxusu yoxdur.
- Seans saatları çox daha rahatdır. İş çıxışınızda açıq klinika olmasa da online terapiya sayəsində axşam saatlarında və şənbə günləri terapi ala bilərsiniz.
- Online terapiyanın ödənişləri üz-üzə müalicəyə müqayisədə daha uyğundur.
- Yaşadığınız bölgədə gedə biləcəyiniz bir terapist yoxdursa sizi uzaq yol getmək dərdindən qurtarar.
- Səyahətdə və ya tətildə olsanız belə terapistinizlə görüşməyə davam etmə şansı yaradır.
- Evdən çıxmağınıza mane olacaq bir ruhi və ya fiziki probleminiz varsa belə terapi almaq imkanınız olur.
- İşiniz səbəbiylə nizamlı bir proqramınız yoxdursa və görüş saatı təyinində çətinlik çəkirsinizsə skype ilə terapi variantından faydalana bilərsiniz.
Online terapi bəzi hallarda uyğun terapiya forması deyildir:
- Əgər kriz vəziyyətindəsinizsə, intihar etməyə, özünüzə vəya başqasına zərər verməyə dair düşüncələriniz varsa,
- Diaqnostik muayinə aparılmalıdırsa və ya dərman mualicəsi lazımdırsa psixiatrla görüşməlisiniz.
- 18 yaşından kiçiksinizsə online terapiyadan yararlana bilməzsiniz.
Həmçinin oxuyun:
Online psixoterapiya almaq üçün nə etməliyəm?
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.