AY AMAN! OĞLUM QIZ KİMİ DAVRANIR!

Homofobiya, homoseksuallığa və ya homoseksuallara qarşı duyulan qorxu, irrasional nifrət, narahatçılıq, diskriminasiyadır. Birazdan bu mövzuya dair bir çox anlayışlara aydınlıq gətirəcəyəm, lakin, ilk əvvəl başlıqla bağlı yazmaq istəyirəm.

Məktəb öncəsi və məktəb yaşı dövründəki bir çox oğlanlar “qız kimi yeriyir”, “qızlarla oturub-durur”, “çəhrayi rəngi sevir”, “qıza oxşayır”, “qız gözəlliyi var”, “qız kimi danışır”, “qız oyuncaqlarıyla oynama!”, “qızsan evcik-evcik oynayırsan?!”, “özünü qız kimi aparma!” və s. kimi etiketlənmələrlə sözlü zorakılığa məruz qalırlar (gələcəkdə bu sözlərdən onun həyatının necə məhv olacağını bilmədən, və yaxud da bilərəkdən, qərəzli şəkildə). Hətta bu nümunələri gətirərkən belə stress yaşadığımı etiraf etməliyəm. Digərinə yönləndirdiyimiz kəlimələrə qarşı nə dərəcədə həssas və diqqətli olmalı olduğumuzu anlamağımız lazımdır. Üstəgəl, bunun o insanın bütün həyatını necə dəyişdirəcəyini nəzərə alaraq…

Bunu bir aksioma olaraq qəbul edin: bir oğlanın “qız oyuncaqları” ilə oynamağının, onun cinsi kimliyi və cinsi meyli ilə əlaqəsi yoxdur. Uşaq üçün oyuncaqlar gerçək həyatı canlandırmağa zəngin qaynaqdırlar. Oğlanlar mütləq maşınla, qızlar da kuklalarla oynayacaq deyə bir anlayış yoxdur. Oğlunuzun kuklalarla evcik-evcik oynamağı, onun cinsi rolları öyrəndiyini göstərir. Qadın kukla anası rolunda, kişi kukla da özü və ya atası rolundadırsa, bu, uşağınızın sağlam şəxsi inkişafının göstəricisidir. Uşaqlarınıza qız-oğlan fərqi qoymadan bütün oyuncaqlarla oynamağına izin verməlisiniz. Bu, onların inkişafı üçün lazımdır. Cinsi meyillərinə bir təsiri yoxdur.

Cəmiyyətlərdə ən çox qarışdırılan anlayışlara “cinsi kimlik” və “cinsi meyl” də daxildir.  LGBTQIA və yuxarıda qeyd olunanlarla əlaqəli bəzi terminlərin izahına göz ataq.

Cinsi kimlik: Fərdin öz cinsiyyət identifikasiyasıdır. Şəxsin, qadın və ya kişi olma halıdır. (video: https://www.youtube.com/watch?v=P8d0dEgePRc)

Cinsi meyl: Fərdin hansı cinsi kimliyə maraq duyması ilə əlaqədardır. Anadangəlmədir, xəstəlik deyildir.

Lezbiyan: Başqa bir qadına qarşı fiziki və/vəya duyğusal çəkim hiss edən qadındır. Lezbiyan, qadın homoseksual olaraq da identifikə edilə bilər. Şəxsin özünü identifikasiyası və ya özünə biçdiyi cinsi kimlik, davranışlarıyla örtüşməyə bilər.

Qey: Başqa bir kişiyə qarşı fiziki və/vəya duyğusal çəkim hiss edən kişidir. Qey, kişi homoseksual olaraq da identifikə edilə bilər. Şəxsin özünü identifikasiyası və ya özünə biçdiyi cinsi kimlik, davranışlarıyla örtüşməyə bilər.

Biseksual: duyğusal və/vəya cinsi meyli həm öz, həm də qarşı cinsə yönəlik olan fərddir. Hər iki cinsiyyətdən olan insanlara qarşı cinsi və duyğusal vəya seksual bir münasibətə girmə potensialını göstərir. Biseksual bir şəxs, hər iki cinsə eyni ölçüdə meyl duymaya bilər və/vəya bu meylin dərəcəsi zamanla dəyişə bilər.

Transseksual: özünü qarşı cinsə aid hiss edən, qarşı cinsə oxşama istəyi duyan şəxslərə verilən addır. Həm kişi, həm də qadın üçün keçərlidir. Yəni, şəxs kişi olduğu halda qadın olmağı istəyə bilər; qadın olduğu halda kişi olmağı istəyə bilər. Ancaq, transseksual kəliməsi şəxsin ruhuyla əlaqəli bir adlandırmadır. Şəxsin davranışlarından çox, iç dünyasında özünü qarşı cinsdən biri kimi görməyi, hissetməyidir. Bu səbəbdəndir ki, onları xarici görünüşündən müəyyən etmək çox da asan deyildir. Çünki özlərini qarşı cinsdən hiss etdiklərini xarici görünüşlərinə hər zaman yansıtmazlar.

Travesti: cinsi həzz almaq məqsədiylə qarşı cinsiyyətin geyimlərindən istifadə edərək qarşı cinsə bənzəməyə çalışan şəxsdir. Travestilərin çoxu kişidir. Travesti anlayışı çox vaxt transseksuallıqla qarışdırılır. Transseksual, müəyyən bir cinsin fiziki karakteristikası ilə doğulduğu halda, duyğusal və psixoloji anlamda özünü digər cinsə aid hiss edən şəxsdir. Kişi ya da qadın transseksuallar cinsiyyət dəyişdirmə əməliyyatı keçirməzdən əvvəl adətən bir müddət qarşı cinsin paltarlarını geyinərlər. Travestilik bir cinsi meyl deyildir. Bir travesti heteroseksual ya da homoseksual ola bilər.

Homofobiya: sadəcə psixiatrik bir anlayış deyildir. Hər 48 saatda bir, homoseksual bir şəxsin, homofobiyayla əlaqəli zorakılığa məruz qalaraq öldürüldüyü təxmin edilir. Amnesty International`a görə təxminən 70 ölkədə homoseksuallara qarşı zülümlər edilməkdədir.

Qısa açıqlamalardan sonra başlanğıc mövzumuza qayıdaq. Bir oğlan uşağının cinsi meyli “kişi”lərədirsə, bu bir şəkildə ortaya çıxacaqdır və bu meylə əngəl olmaq üçün hər hansısa müalicə vəya terapiya işə yaramayacaqdır. Əgər uşağınızın doğuşdan gələn belə bir meyli yoxdursa, oğlunuz qız oyuncaqlarıyla oynayır deyə qorxmağınıza ehtiyac yoxdur. Yəni, uşağınızın cinsi meyli fərqli oyuncaqlarla oynayır deyə dəyişməyəcək.

Qısacası, uşağım qız/oğlan kimi davranır deyə narahatçılığınız real ola bilər, lakin, uşağınızın cinsi meyli dəqiq budursa, buna əngəl olmaq üçün çabalamağınıza gərək yoxdur. Bunun 3 səbəbi var:

  • Anadangəlmə bir meyli, kənardan bir təsirlə dəyişdirə bilməzsiniz.
  • Vəziyyəti qəbullanmaq və dəstək olmaq yerinə, dəyişdirə bilməyəcəyiniz bir mövzuda səy göstərməyiniz uşağınızın psixologiyasına mənfi təsir göstərəcəkdir.
  • Homoseksuallıq, APA (American Psychological Association) və WHO (World Health Organization) görə psixi xəstəlik deyildir.

… “Camaat nə deyər”i düşünməyəndə necə bir insana çevrilirik? Əslində necəyik? Özü olmaq və özündən olana zərər verməmək çoxmu çətindir? …

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyiylə.

Geniş oxumaq istəyənlər üçün türk və xarici referanslar:

1. Fiedman R, Downey J (1998) Psychoanalysis and the Model of Homosexuality as Psychopathology: A Historical Owerview, The American Journal of Psychoanalysis, Vol 58, No:3
2. Minutes (1999) Meeting of The Executive Council, American Psychoanalytic Association, December 16, 1999
3. Paker M, (2009 Eylül) Psikanalizde Eşcinsellik, Anti Homofobi Kitabı, Uluslararası Homofobi Karşıtı Buluşma, Ankara, Ayrıntı Basımevi
4. Reich W (2003) Cinsellik Üzerine, Gençliğin Cinsel Mücadelesi (Çev. S Koçak) Doruk Yayınları, İstanbul,2003
5. Roughton, Ralph (2002) Rethinking homosexuality: What it teaches us about psychoanalysis. Journal of the American Psychoanalytic Association, 50.
6. Vaughan S  (2008, 4 Temmuz) Homosexuality and Psychoanalysis II: Theoretical Perspectives , 12 Ağustos 2011’de http://www.tandfonline.com/doi/abs/10.1080/19359700802196925#preview
7. Allen LS, Gorski RA (1992) Sexual orientation and the size of the anterior commissure in the human brain. PNAS, 89: 7199–7202.
8. Bailey JM, Bell AP (1993) Familiarity of female and male homosexuality. Behav Gen 23:313-322.
9. Bailey JM, Pillard RC (1991) A genetic study of male sexual orientation. Arch Gen Psychiatry, 48:1089-1096.
10. Berglund H, Lindström P, Savic I (2006) Brain response to putative pheromones in lesbian women. PNAS, 103:8269-8274.
11. Blanchard R (2001) Fraternal birth order and the maternal immune hypothesis of male homosexuality. Horm Behav 40:105-114.
12. Blanchard R (2004) Quantitative and theoretical analyses of the relation between older brothers and homosexuality in men. J Theor Biol, 230:173–187.
13. Bogaert A (2002) Recent research on sexual orientation and fraternal birth order. Can J Hum Sex,11: 101-107.
14. Bogaert AF (2006) Biological versus nonbiological older brothers and men’s sexual orientation. PNAS, 103:10771-10774.
15. Bogaert AF, Hershberger S (1999) The relation between sexual orientation and penil size. Arch Sex Behav, 28:213-221.
16. Dancey CP (1990) Sexual orientation in women: An investigation of hormonal and personality variables. Biol Psychology, 30:251-264.
17. Grimbos T, Dawood K, Burriss RP ve ark. (2010) Sexual orientation and the second to fourth finger length ratio: a meta-analysis in men and women. Behav Neurosci, 124: 278-287.
18. Hamer DH, Hu S, Magnuson VL ve ark. (1993) A linkage between DNA markers on the X chromosome and male sexual orientation. Science, 261:321-327.
19. Kendler KS, Thornton LM, Gilman SE ve ark. (2000) Sexual orientation in a US national sample of twin and nontwin sibling pairs. Am J Psychiatry, 157:1843–1846.
20. Kirk KM, Bailey JM, Dunne MP ve ark. (2000) Measurement models for sexual orientation in a community twin sample. Behav Genet, 30:345–356.
21. LeVay S (1991) A difference in hypothalamic structure between heterosexual and homosexual men. Science, 253: 1034–1037.
22. Meyer-Bahlburg HFL (1979) Sex hormones and female homosexuality. Arch Sex Behav, 8:101-119.
23. Mustanski BS, DuPree MG, Nievergelt CM ve ark. (2005) A genomewide scan of male sexual orientation. Hum Genet, 116: 272–278.
24. Pillard RC, Bailey JM (1998) Human sexual orientation has a heritable component. Human Biol 70:347-365.
25. Rahman Q (2005) The neurodevelopment of human sexual orientation. Neurosci Biobehav Rev 29:1057-1066.
26. Rice G, Anderson C, Risch N ve ark. (1999) Homosexuality: absence of linkage to microsatellite markers at Xq28. Science, 284:665-667.
27. Savic I, Berglund H, Lindström P (2005) Brain response to putative pheromones in homosexual men. Proc Natl Acad Sci U S A 102:7356-7361. 28. Swaab DF, Hofman MA (1990) An enlarged suprachiasmatic nucleus in homosexual men. Brain Res, 537: 141-148.
29. Veniegas RC, Conley TD (2000) The biological research on women’s sexual orientations: Evaluating the scientific evidence. J Soc Issues, 56: 267–282. Eşcinsellik 23
30. Whitham FL, Mathy RM (1991) Childhood cross-gender behaviour of homosexual females in Brazil, Peru, and the United States. Arch Sex Behav 20:151-170.
31. Whitham FL, Zent M (1984) A cross-cultural assessment of early cross-gender behavior and familial factors in male homosexuality. Arch Sex Behav 13:427-439.
32. Wilson G, Rahman Q (2005) Born Gay: The Psychobiology of Sex Orientation. Peter Owen Publishers, London.
33. Witelson SF, Kigar DL, Scamvougeras A ve ark. (2008) Corpus callosum anatomy in right-handed homosexual and heterosexual men. Arch Sex Behav, 37:857-863.
34. Zhou JN, Hofman MA, Swaab DF (1995) No changes in the number of vasoactive intestinal polypeptide (VIP)-expressing neurons in the suprachiasmatic nucleus of homosexual men; comparison with vasopressin-expressing neurons. Brain Res,672.
35. Zucker KJ, Bradley SJ (1995) Etiology: biological research on gender identity disorder and related psychosexual conditions. Gender Identity Disorder and Psychosexual Problems in Children and Adolescents, New York,The Guilford Press.

mycolors
Rəssam: Nərmin Yardımlı

shabnamsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

2 thoughts on “AY AMAN! OĞLUM QIZ KİMİ DAVRANIR!

  1. Salam Sebnem xanim. Menim qardasim 15 yasindadi butun gunu evde oturur cole cixmir hec yere getmir butun gunu komp.un qarsisinda oturir ancaq sos.sebekede olur butun gunu. Son vaxtlar nargile cekmeye baslayib onyn zererlerini basa sala bilmirik oz dedoyinnen donmur. Evdekilere qarsi cixir cavab qaytarir xos sozde deyilse sert reaksiya verir. Deyir 18 yasim olsun cixib turkiyeye gedecem tek serbest heyat surecem. Ona gore cox narahatiq nece yola getire bilerik. Usaqliqdan epilepsiyali idi erkesoyun boyuduldu indide qarsisini almaq olmur xais cavab yazardiz

    Bəyən

  2. I don’t know whether it’s just me or if perhaps everybody else experiencing issues with
    your website. It appears as though some of the text
    in your posts are running off the screen. Can someone else
    please provide feedback and let me know if this is happening to them
    as well? This might be a issue with my internet browser because I’ve had
    this happen previously. Many thanks

    Bəyən

Şərh yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.