Beyin yoxsa ürək? deyə bir seçimimiz yoxdur. Öncə beyin gəlir, sonra ürək, sonrasında da bunların doğurduğu reaksiyalar, davranışlar və nəticələr.
Düşüncələrimiz sayəsində duyğular yaranır. Özümüzü hər hansısa bir insan, söz, hadisə, situasiya qarşısında necə hiss etməyimiz, onlarla əlaqəli yaranmış düşüncələrimizə bağlıdır.
Həmçinin, qərar verərkən də, hansı hisslərlə bunu etməyimiz, o proseslə bağlı düşüncələrimizdən asılıdır.
Eyni anda yaranmış bir neçə düşüncə (zidd də ola bilir), özümüzü fərqli hiss etməyimizə səbəb olur. Qərarsızlıq deyə gördüyümüz hal isə, ağlımıza gələn birdən çox düşüncələrə bağlıdır.
Ürəyimizin düşünmə qabiliyyəti yoxdur. Bu ancaq beynimizə xasdır.
Hadisələrə olan fikirlərimizi dəyişdirdiyimiz müddətdə, duyğularımız da dəyişəcəkdir. Və sonrasında, əldə etdiyimiz nəticələr də dəyişir. Eyni düşüncədə qalaraq, fərqlilik əldə edə bilmərik.
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.