Sual 1: Vaginizm nədir?
Vaginizm, qadın cinsi orqanının üçdə bir xarici hissəsindəki əzələlərin, cinsi birləşməyə imkan verməyəcək dərəcədə qasılması deməkdir.
Sual 2: Vaginizmin əlamətləri nələrdir?
Vaginizmin ilkin simptomu cinsi orqandakı qasılmaladır. Bunun bərabərində, bir çox qadında cinsi birləşmə zamanı qanayacaqları, yırtılmanın olacağı, güclü ağrı yaşayacaqları, içlərinin parçalanacağı, öləcəkləri və s. dair qorxuları olur.
Sual 3: Vaginizm öz-özünə düzəlirmi?
Çox nadirən özlüyündən düzələn case`lər olur. Ancaq, böyük əksəriyyət uzun illər düzələcəyini gözləməklərinə rəğmən hərhansısa bir irəliləyiş olmaz.
Sual 4: Vaginizm qadının iradəsi ilə vəya özünü sıxmaması ilə aradan qalxarmı?
Xeyr. Əzələlərin qasılmağı qeyri-ixtiyarı, şəxsin özündən asılı olmadan baş verdiyi üçün, şəxsin iradəsi bir rol oynamayacaqdır. Şəxs bunu öz iradəsi ilə aradan qaldıra bilməz.
Sual 5: Qızlıq zərinin əməliyyatla alınması vaginizmi sağaldarmı?
Xeyr. Qızlıq zəri ilə vaginizm arasında bir bağ, əlaqə yoxdur. Qızlıq zərinin aradan qaldırılması, zaman və pul itkisinə yol açmaqdan başqa bir işə yaramaz. Pasientin qazanacağı travmaları gözardı edə bilmərik.
Sual 6: Vaginizm və cinsi birləşmə qorxusu eyni şeydir?
Bəzən ikisi bərabər müşahidə olunur. Yəni vaginizmdən əziyyət çəkənlərin böyük əksəriyyətində həm qasılma, həmdə cinsi birləşmə qorxusu eyni anda baş verir. Ancaq bəzi qadınlarda qasılma olmasa da, vaginizm olmasa da cinsi birləşmə qorxusu müşahidə olunur. Bu qadınlar qasılma səbəbindən yox, cinsi birləşmədən qorxduqları üçün cinsi birləşmə yaşaya bilmirlər. Vaginizmdə isə, cinsi birləşmə qorxusu olmasa belə, qasılmalar cinsi birləşməyə izin verməz.
Sual 7. Vaginizm və cinsi istəksizlik arasında hansı fərqlər var?
Vaginizmdən əziyyət çəkənlərin çoxunda cinsi istəkləri yerindədir, həvəslidirlər. Cinsi istək hiss edirlər, sevişərkən ehtiraslanırlar və zövq alırlar. Cinsi birləşməni yoxlamadıqları zaman, sürtünərək orqazm ola bilirlər. Lakin, uzun müddət davam edən vaginizmdə, yəni müalicə olunmayan cütlüklərdə, hər dəfə uğursuz cəhdlər olduqdan sonra yaşanan xəyal qırıqlığı, daha sonralar cinsi istəkdə azalmaya və cinsi əlaqədən qaçınmaya səbəb ola bilir.
Sual 8: Spirtli içki vəya sakitləşdirici, keyləşdirici ilə cinsi birləşmə olarmı?
Xeyr. Spirtli içkilər vəya digər vasitələr şəxsin rahat hiss etməyinə kömək edə bilər, lakin, qasılmalara təsir göstərməyəcəkdir. Qasılmalar olduğu üçün də, cinsi birləşmə alınmayacaqdır.
Sual 9: Ağrı kəsicilər vəya keyləşdirici kremlər işə yarayırmı?
Xeyr. Cinsi birləşməni mümkünsüz edən ağrı deyil, əzələlərdəki qasılmalardır. Ağrı, qasılmadan sonra yaranır. Qasılma yoxdursa, ağrı da yoxdur.
Sual 10: İsti su, ağrıkəsici və anestezik kremlərin eyni anda istifadəsi və kişiyə sərtləşdirici dərmanın verilməsi, həkimin yanında edilən cinsi birləşmələr müalicəvi effekt verirmi?
Xeyr. Bu xəstələrdə bu dərmanların və həkimin məcbur etməsi ilə, yaxud da həkimin yanında cinsi birləşməni alındıra bilməkləri mümkün olsa da, daha sonra cinsi birləşmə problemləri davam etməkdədir.
Sual 11: Bəzi həkimlər vaginizmi 1-3 seansa müalicə etdiklərini deyirlər, mümkündürmü?
Xeyr. Bu şəkildə cütlüyün vaginizmi aşması mümkün deyildir. Bu metodlarla cinsi birləşmə yaşamış cütlüklər varsa, onlar vaginizmdən yox, cinsi birləşmə qorxusundan əziyyət çəkirmişlər. Sualda qeyd olunan metodlarla vaginizmi, qasılmaları aradan qaldırmaq mümkün deyildir.
Sual 12: Həkimin dəstəyi ilə vəya kabinetində cinsi birləşməni yoxlamaq vəya özünə vaginal müdaxilə etmək tibbi etika cəhətdən düzgündürmü?
Xeyr. Nə tibb etikası cəhətdən düzgündür, nə də xəstənin yararına olan bir yanaşmadır. Bu şəkildə başqalarının yanında cinsi birləşmə yaşasalar belə, daha sonra cütlüyün böyük əksəriyyəti belə birşey etdiyi üçün özünü günahlandırmaqda, utanc duymaqda, bir-birini belə bir şeyə izin verdiyi üçün günahlandırmaqda və qəzəb duymaqdadırlar.
Sual 13: Vaginizm necə müalicə edilməlidir?
Vaginizm üçün günümüzdəki ən effektiv müalicə növü cinsi terapiyadır.
Sual 14: Bu müalicə müddəti nə qədərdir?
Hər həftə təyin edilən görüşlərdən ibarət aparılan terapiya 8 həftə çəkə bilər.
Sual 15: Müalicənin uğuru və effektivliyi neçə faizdir?
Cinsi terapiya ilə uğur faizi 100%-dir.
Sual 16: Vaginizmin müddəti uzun olduqca müalicə şansı azalırmı?
Xeyr. 15, 20, 25 illik vaginizmli cütlüklər çox uğurlu şəkildə müalicə olunurlar.
Sual 17: Hansı vəziyyətdə müalicə şansı aşağıdır?
Cütlüklərin bir-birinə sevgisi azdırsa, aralarında münaqişə varsa, keçmişdə yaşanan ağır cinsi travmalar varsa, cütlükdən biri terapiyaya gəlməyi rədd edirsə, bu zaman müalicə müddəti çətinləşir. Belə hallarda təkcə cinsi terapiya ilə nəticə almaq çətindir.
Sual 18: Bu çətin vəziyyətlərdə cütlüklər müalicə oluna bilməzlərmi?
Əlbəttə müalicə olurlar. Lakin, cinsi terapiya almazdan əvvəl ailə terapiyası vəya fərdi psixoterapiya almaqları lazım gələ bilər.
Sual 19: Vaginizmin müalicəsində cütlükdən hər ikisi də qatılmalıdırmı terapiyaya?
Bəli. Bu mütləqdir. Çox zaman kişilər: problem yoldaşımdadır, mənim seansda olmağıma nə gərək var? deyə bilirlər. Halbuki, tətbiq olunan terapiyada, hər ikisinin də etməyi lazım olan tapşırıqlar vardır. Əlavə olaraq da, kişilərin xanımlarına olan davranışları terapiyanın gedişatına ciddi təsir göstərməkdədir. Müalicə zamanı, problemin çözümünə yönəlik tapşırıqlardan əlavə, kişilərə öz xanımlarına necə davranıb-davranmamaqları lazım olduğu, nələri edib-etməməkləri haqqında da məlumatlar veririk.
Sual 20: Cinsi terapiya hər psixiatr və psixoloqun edə biləcəyi bir müalicədir?
Cinsi terapiya təhsili xüsusi müəssisələrdə keçildiyi üçün, psixiatr vəya psixoloqun bu təhsili bitirməyi önəmlidir. Daha öncədən psixoterapiya, xüsusilə də koqnitiv-bihevioral psixoterapiya təhsilini almış olmaq, cinsi terapiya təhsilini almağa haqq qazandırır. Bu sahələrdə təhsilsiz və təcrübəsiz olanlar, psixogen seksual problemlərlə bağlı işləyə bilməzlər.
Əlavə məlumat üçün:
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.
[…] həmin qadın və kişi, daha sonra cütlük olaraq yaşadıqları cinsi sıxıntılarla (məs.: vaginizm) bağlı suallarına cavab və həll yolları arayışına girirlər. Beləliklə, üçüncü […]
BəyənBəyən