BU MASTURBASİYA NƏMƏNƏ OLAN ŞEYDİR?

Əsrlərdir masturbasiya haqqında qulaqdan-qulağa gəzən xürafatlar səbəbindən, çox insan səhv məlumatlanmışdır. Onlardan bəziləri:

– Gözü kor edir
– Boyun uzanmağını əngəlləyir
– Psixi xəstə edir
– Epilepsiya yaradır
– Masturbasiya edənin uşağı olmur
– Vərəm xəstəliyi yaradır
– Spermanı azaldır
– Yaddaşı zəyiflədir
– Şikəst edir və s.
Masturbasiyanın hər hansısa fiziki zərəri olduğuna dair heç bir ciddi araşdırma və ya yazı yoxdur. Lakin, nə olduğuna və faydalarına dair kifayət qədər elmi araşdırma və yazı mövcuddur (yazının sonunda bəzi mənbələri paylaşacağam).19cu əsrin sonları 20nin başlanğıcında masturbasiya ilə bağlı bu tip yanlış inanışlar qismən aradan qaldırıldı. 1880ci ildə bir çox xəstəliklərə masturbasiyanın deyil, mikrobların yol açdığı aşkarlandı. 1900larda isə yenə masturbasiyanın yol açdığı xəstəlik sayılan vərəmin bakteriyalardan qaynaqlandığı ortaya çıxdı. Beləcə, bu iki böyük həcmli hadisə masturbasiyanın üzünü ağ çıxarmağına kömək etdi. İnsanların da masturbasiya ilə bağlı yanlış bilgi və qorxuları azalmağa başladı. Lakin dövrümüzdə, hələ də mövzusu tabu olaraq qalıb.

Kinsey araşdırmalarında göstərir ki, kişilərin 92%i (1948), qadınların isə 62%i (1953) masturbasiya edir. Qadınlar kişilərlə müqayisədə masturbasiyaya daha gec yaşlarda başlayırlar. Evlilik dövründə sıxlığı artmağa başlayır.
Kişilərdə masturbasiyaya asılılıq yaranarsa, bu onların cinsi birləşmədən alınan həzzinə təsir göstərə bilir. Bu, biraz da kişinin ilk cinsi əlaqə təcrübəsinin nə dərəcə doyurucu olub-olmamağından asılıdır. Qadınlar da masturbasiya üçün istifadə etdikləri erotik alətlərdən genital bölgələrinin zərər görməməsi üçün diqqətli olmalıdırlar.

Masturbasiya cinsəlliyə, cinsi sağlamlığa zərər verməz. Əksinə, şəxsin cinsi duyğularını öyrənməsi və ehtiyac duyduğunda təmin etməsinin ən asan və əlçatan yoludur.
Ayrıca, insanların cinsi fantaziyalarını fərq etmələrini, nələri arzulayıb – arzulamadıqlarını öyrənməklərinə də yardımçı olur. Heçvaxt masturbasiya etməmiş ya da müntəzəm olaraq məşğul olmamış kəslər evləndiklərində cinsi həzzi yaşamaqda çətinlik çəkirlər. Bəsit bir uyarılma səviyyəsini orgazm zənn edirlər. Nizamlı cinsi həyatı olan insanlarda masturbasiya sıxlığında azalma müşahidə olunur. Masturbasiya cinsi gücü azaltmaz. Əksinə, fərdin heç bir cinsi fəaliyyəti olmayan zaman, masturbasiya cinsi orqanın fiziologiyasının sağlam qalmasına kömək edir.

Masturbasiya ilə bağlı digər yanlış anlaşılmalardan biri də, evli cütlüklərdən birinin digərini masturbasiya edərkən gördüyündə, bunu xəyanət olaraq anlamasıdır. Evli birinin hərdən masturbasiya etməsi, yoldaşını sevmədiyi ya da başqasını arzuladığı mənasını verməz.

Cinsi disfunksiyaların müalicəsində də masturbasiyanın yardımı uzun illərdir özünü təsdiq etmişdir. Masters və Johnson 1970ci ildə cinsi disfunksiyaların nə dərman, nə də əməliyyat, yanlızca psixoterapiya vasitəsilə müalicəsini etmiş, çox sayda araşdırma və kitab yayınlamışdır. Terapiyalar fərdlərlə deyil, cütlüklə aparılmağa başlamışdır və onların yataq problemlərini necə danışıb-həll edəcəklərinə yardımçı olunmuşdur. O dövrlərdə bu metodun uğuru 80% idisə, günümüzdə 100%ə yüksəlmişdir.

Yuxarıda qeyd olunanların hansı mənbələrə dayandığını yazının sonundakı siyahıdan görə biləcəksiniz. Bir şeyə: olma, zərərlidir və ya faydalıdır demək yetərli deyildir. Bunun haqqında yaxşıca məlumatlı olmaq və əsaslandıra bilmək lazımdır.
Ən çox da ona görə vacibdir ki, bütün bu qadağalar, tabular və yetişdirildiyiniz şəraitdən asılı olaraq masturbasiya sonrası güclü günahkarlıq hissləri yarana bilir. Gün ərzində ən az 2 dəfə müraciət etdiyiniz masturbasiyanın zərərli olduğunu iddia edərək, əslində özünüzdə günahkarlıq duyğusunu xronikləşdirirsiniz. Bundan qurtulmanın yolu, maariflənməkdən keçər.

Araşdırmağınız üçün başlanğıc mənbələr:

“Sexual Behavior in the Human Male,” 1948 Kinsey
“Sexual Behavior in the Human Female” 1953 Kinsey
“Solitary Sex: A Cultural History of Masturbation” Thomas W. Laqueur
“Sex and Human Loving,” 1988 Masters and Johnson
Kinsey Reports on Human Sexuality. The Wiley Blackwell Encyclopedia of Family Studies. Speice, T. D. 2016.

Masturbasiya haqqında digər yazı:

Ay aman! Uşağım masturbasiya edir!

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

One thought on “BU MASTURBASİYA NƏMƏNƏ OLAN ŞEYDİR?

Şərh üçün bağlıdır.