Hər insan uşaqlıq çağında psixoz xəstəliyi ilə müəyyən ölçüdə tanış olur. 2-3 yaşları aralığında məhdud nevroloji və psixi inkişafımız səbəbi ilə dünyanı hər şeyin bizim ətrafımızda firlanmasından çox da fərqli formada qavramırıq. Bu səbəblə də bir uşaq, ana və atası mübahisə etdiyində özünü günahkar hiss edir. Bəzi insanlar müəyyən fəaliyyətlər səbəbi ilə psixotik pozuntulara daha tez tutulur. Qadınlar kişilərə nisbətdə daha seyrək xəstələnir. Psixoza tutulma riskini artıran müxtəlif risk faktorları vardır (dispozisyon).
Kəskin psixozda meydana çıxan çox sayda simptom daha zəyif formada daha əvvəllər müşahidə oluna bilər və bunlar önəmli erkən xəbərdarlıq əlamətləridir. Ancaq bir psixozun ilk əlaməti çox çətin diaqnostika edilir. Bir çox insan fövqəladə bir davranışın psixozun ortaya çıxmasından çox öncə başladığını aşkarlamaqdadır. Bu ilk əlamətlər adətən yeniyetmənin narkotikmaddə istifadəsinə, əksik kooperasiyasına yozulur.
Psixozun tipik erkən əlamətləriaşağıdakılardır:
Şəxsin təbiətinin dəyişməsi:
- Gərginlik, əsəbilik, hədsiz həssaslıq
- Artan emosionallıq, qıcılanmağa meylli
- Yuxu pozuntuları (çox yatmaq və ya yuxudan qaçınma)
- İştahsızlıq
- Baxımsızlıq, qəribə geyinmək
- Təşəbbüssüzlük, enerji itgisi
Duyğuların dəyişməsi:
- Depressiya, əhval-ruhiyyədə dalğalanma
- Qorxular – xüsusilə zərər görmə, təhdid edilmə qorxusu
Məhsuldarlığın dəyişilməsi:
- Aşağı dözümlülük, xüsusilə stress altında
- Konsantrasiya pozuqluğu, hədsiz diqqətsizlik
- Performansın enməsi
Sosial sahədə dəyişiklik:
- Etibarsızlıq
- Sosial geri çəkilmə, izolyasiya
- Münasibətlərdə problemlər, dostluqların kəsilməsi
Maraqların dəyişməsi:
- Qəfil ortaya çıxan qeyri-adi maraqlar, məsələn, dini və ya fövqəltəbii obyektlərə, möcüzə-sehir və s. kimi məsələlərə.
Qavrama və idrakın dəyişməsi:
- Qeyri-real qavramalar, özünün və ya çevrəsinin dəyişdiyi duyğusuna qapılma və s. Başqa insanların qavramadığı obyektləri görmə, dadma və ya qoxlama duyğusu.
- Özünəməxsus təsəvvürlər, qeyri-real idraklar, məsələn, başqalarının yaşantılarının, davranışlarının və ya sözlərinin özünə aid edilməsi; izlənildiyinə dair düşüncələr; başqalarının ona aid düşüncələrə müdaxilə etdiyi, özlərini onu kontrol etdiyi duyğusu və s.
Bəs ümumiyyətlə psixoz nədir?
Psixoz olmaq demək, müvəqqəti olaraq reallıqlardan qopmaq deməkdir. Bu problem qavrayışı, qavrama prosesini dəyişdirir. Bu dəyişikliklər ruh halı və motivasiyanın (duyğusal psixoz) güclü dalğalanmalarının ifadəsidir (çox vaxt depressiv bir yöndə (unipolar) və ya hər iki yöndə manik-depressiv (bipolar)).
Reallığın ağrılı, ziddiyyətlərin çox güclü, qərar alma-vermə prosesinin mümkünsüz və ya duyğuların dözülməz olması səbəbindən bu qopma bir müdafiə mexanizmi ola bilər. Hədsiz ağır olan çətinliklərdə (travmalarda) və ya tam bir motivasiya itgisində çox dözümlü insanlar belə bu reaksiyanı verə bilirlər. Çox həssas insanlar da dözümsüzlük göstərdikləri periodlarda, basqı altında və ya sosial qopma müddətlərində psixotik reaksiya verə bilərlər. Dispozisyon bu xəstəliyin ön pərdəsi deyildir, həssaslığın zədələnmiş arxa üzü olaraq görülməlidir. Spesifik psixi, fiziki, sosial və ya ailəvi iç dinamik vəziyyəti sərbəst formaya gətirə bilər və ağırlaşdırar: müəyyən koqnitiv nümunələr depressiyanı dərinləşdirə bilər, beyin metabolizmasındakı dəyişikliklər həssaslığı daha da kəskinləşdirə bilər, sosial qayğılar izolyasiyanı artıra bilər, ailədaxili anlaşmazlıqlar ziddiyyətləri dərinləşdirə bilər.
Psixotik simptomlar daxili istək və qayğılara və yaşam kontekstinə bağlı olaraq çox ziddiyyətli formalar ala bilirlər. Psixotik simptomlar, məsələn, akustik və ya optik hallusinasiyalar, xırdaçılıqlar və ya düşüncə sürətində dəyişikliklərdir. Xəstələr bəzi səslər eşidirlər, özlərini reallığın əksinə olaraq təhdid, təqib olunma və ya kontrol altında hiss edirlər, hadisələrlə özləri arasında qeyri-real əlaqə qururlar, başqalarının düşüncələrini “oxumaq” bacarığına sahib olduqlarını düşünürlər və ya öz düşüncələrinin görünəndən fərqli olduğunu deyirlər.
Davranışları tez-tez dəyişir, keçmişdə olduğu kimi məhsuldar, effektiv deyillər və özlərini dostlarından və ailələrindən geri çəkirlər, ayırırlar.
Psixozdan sağalma şansım nə qədərdir?
Psixotik xəstəliklərin gələcəkdəki müalicələrinin uğur şansı, son illərdə terapiyaların genişləndirilməsi ilə önəmli ölçüdə artmışdır. Buna baxmayaraq, vacib bir faktor mualicə seyrinə ciddi şəkildə təsir edir: terapiya dəstəyi almağa hazır olmağınız. Bu olmadan istənilən terapiya uğursuz olar!
Sizin hazır olmağınızdan, istəməyinizdən əlavə psixozun seyri bir çox faktora bağlıdır. Ən vacibləri bunlardır:
- Müalicəyə nə qədər tez başlanılsa, sağalma şansı bir o qədər yüksəkdir, bir başqa deyimlə, əgər uzun müddət müalicə almamısınızsa şansınız da o qədər azdır!
- Dərman və psixoterapevtik müalicələr eyni bərabərdə, inteqrə və uzun vədəli tətbiq edilsə sağalma şansı daha yüksəkdir.
- Əgər davranış terapiyası və ya ailə terapiyası kimi terapiyalar tətbiq edilirsə geri dönüşlər və xəstəlik riski azalır, ortaya çıxan problemlər daha yaxşı işlənilir və bu sayədə sağalma şansı artır.
- Dərmanlar güvənilir şəkildə qəbul edilsə sağalma şansı yüksəkdir.
- Residivlər (nüks etmə) dərmanların nizamlı şəkildə qəbulu və həyat tərzinə uyğunlaşdırmaqla sağalma şansı yüksəlir.
- İzləyən narkotik aslılıq kəsilsə, sağalma şansı yüksəkdir.
- Depressiya və ya qorxu kimi izləyən psixi simptomları və ya xəstəlikləri müalicə edilsə, sağalma şansı yüksəkdir.
Hər hansısa diaqnostik termindən qorxmaq lazım deyil. Erkən müdaxilə əksər problemlərdən tez qurtulmağımıza köməkdir. İzin verin, bu sahdə işləyən mütəxəssislər sizə yardımçı olsunlar. Onlar psixiatrlar, klinik psixoloqlar və psixoterapevtlərdir.
Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə…
Şəbnəm Sadıqova
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.
salam mənim yaxinim qonsulari soyur qonsulara sər atir deyir məni santaj edirlər vallah psixiatra da apardiq dərmanin atmir deyir mənfə hec nə yoxdur. mən coox zeki insanəanm belə deyir belə xəstəni xəstəxamnaya necə yerləsdirmək olar
BəyənBəyən