Bir övlad düşünün: 20li yaşlarında, hobbisi yox, işi yox, sosial həyatı yox. Səbəb axtarırsınız deyilmi? Niyə belə oldu? Kimə oxşadı? Onun ziyanxaf, pis övlad olduğunu belə düşünürsünüz. Cəzalandırdınız olmadı, küsdünüz olmadı, iqnor edirsiniz bəlkə işə yarayar.
Bəs harada səhv etdiyinizi düşündünüzmü? Öz davranış və yanaşmalarınızı yararlı yöndə dəyişməyə çalışdınızmı? Ağlınıza gəldimi bunlar?
Sizə deyim harada səhv etdiyinizi.
– o top oynamaq istəyərkən, siz tv izlətdiyinizdə
– o gitara çalmaq istəyərkən, siz pianinoya apardığınızda
– o etdiyi birşey üçün sizdən mükafat gözləyərkən, siz onu camaatın uşağı ilə müqayisə etdiyinizdə
– o özü geyinmək istəyərkən, siz ətrafı çox dağıtmasın deyə tələsik geyindirdiyinizdə
– o biriylə dostluq etmək istəyərkən, siz açıqlamadan uzaqlaşdırdığınızda
– o bir səhv edərkən, siz hərkəsin içində onu pərt etdiyinizdə
– o öz istəyini-fikrini bildirdiyi zaman, siz “atan/anan sənin üçün ən yaxşısını bilir!” dediyinizdə…
Bəs indi niyə tək qalıb? Onun üçün ən yaxşısını bilən valideyn indi haradadır? Gözləntiləri dəyişib. Uşağın öz beynini, potensialını inkişaf etdirməyinə imkan verməyən valideynin gözləntiləri dəyişib. Lakin, inkişafı çoxdan əngəllədiyini hesaba qatmır.
Övladlarınızın qolunu-qanadını qırmayın. Onun üçün nəyin yaxşı olduğunu buraxın özü təcrübə edərək öyrənsin.
Şəbnəm Sadıqova
Psixoterapevt
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.