Aranızda əksəriyyətiniz məktəb dövrlərindən gündəlik tutub. Anasının əlinə keçməsin deyə gizlədəcək yerlər axtarıb. Bəzən elə yerdə gizlədib ki, sonra özü də tapa bilməyib. Ya da təmizlik zamanı, anasına qapdırıb.
Yazmaq bir yana, gizlətmək üçün nə qədər enerji sərf etmisiniz. Hətta özünüzə məxsus bir əlifba belə yaratmaq istəmisiz, yazdıqlarınızı sizdən başqa heçkəs oxuya bilməsin deyə. Bu gizlətmə proseduru bu qədər stressli olmasa, işin özü çox faydalıdır. Düşündüyünüzdən daha çox.
Yaşanmış travmatik hadisələrin, neqativ təcrübələrin, stressli düşüncələrin açığa çıxrılması, qələmə alınması, gündəlik şəklində yazılması insanın həm psixi, həm də fiziki sağlamlığına müsbət təsir edir. Pennebaker, Kiecolt-Glaser & Glaser tərəfindən 1988ci ildə aparılan araşdırmalar, Pennebakerin daha sonralar Holocaust qurbanları üzərinə apardığı müsahibələr, 1994-də Drake Beam Morin, 1999da Joshua Smyth və Arthur Stone, Stony Brook kimi bir çox araşdırmaçıların apardığı işlərdə gündəlik tutmağın duyğu və düşüncələri açmağın praktik dəyəri olduğunu göstərmişdir. Yazmağa başlayan şəxslərin immunitet sistemində, iş yerindəki performansında, insanlarla ünsiyyətində, stresslə mübarizə yöntəmlərində və s. dəyişiklik müşahidə edildi.
Qısacası, travmatik təcrübələrlə üzləşməyin fiziki sağlamlığa faydası olduğu təsdiqləndi.
Yazın. Yazmaqdan çəkinməyin. Terapiyada görüşdüyüm şəxsləri də yazmaqları üçün cəsarətləndirirəm. Yuxuların, fantaziyaların analizi kimi, yazılanların da analizi, müzakirəsi terapiya üçün dəyərlidir.
Şəbnəm Sadıqova
Psixoterapevt
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.
Salam xanım
BəyənBəyən