CİNSİ HƏYATLA BAĞLI SƏHV İNANCLAR

Kişi istənilən qadına necə həzz yaşadacağını bilməlidir.

Bu, kişilərin lehinəymiş kimi görünən, yanlış inancdır. İlk başda, kişinin sevişmə üslubunun sorğulanmasına gərək qalmadığı mesajını versə də, problem yarandığında kişinin öz kişiliyini sorğulamağına və vəziyyətin ağırlaşmağına aparıb çıxardır. Yoldaşının (və ya partnerinin) lazımınca zövq almadığını vəya orqazm olmadığını öyrənən bir çox kişi, bu vəziyyəti həll edilə bilən bir problem olaraq deyil, öz kişiliyinin yetərsizliyinin bir sübutu olaraq dəyərləndirməkdədir.

İlk cinsi əlaqədə qan gəlməsə, deməli qadın bakirə deyil.

Bu inanc ucbatından, ölkəmizdə yaşanan tragik hadisələrin sayı – hesabı yoxdur. Bakirəlik qanın gəlib-gəlməməsi ilə bilinən birşey deyildir. Hymen (bakirəlik zəri) vaginanın girişinden bir neçə sm içəridə yerləşən, ortasında fərqli böyüklükdə bir dəlik olan, soğan zəri incəliyində, hamar, elastik zərdir. Üstündə zərif kapilyar damarlar vardır. Vaginaya qızlıq zəri dəliyindən daha böyük bir şey (penis?) girdiyində, zər kənara çəkilir və üstündəki kapilyar damarlar çartlayır. Bu zaman, 1-2 damcı qan ya gələr ya da gəlməz.

Cinsi əlaqə arzusunu ifadə edən qadın yüngül bir qadındır.

Bu inanc, qadınların cinsi həyatını əngəllədiyi kimi, ərlərinin də onlara qarşı muhakiməedici yanaşmağına səbəb olur. Kişi beynindəki təmiz-saf-düzgün qadın dizaynına uyğun gəlməyən ehtiraslı-arzulu qadınla qarşılaşdığında, ya yaxın olmayacaq sadəcə sevişiləcək qadın kateqoriyasına soxaraq rahatlayır, ya da nə edəcəyini bilməyən vəziyyətə düşür. Bu səbəbdəndir ki, bir çox evli kişi, yoldaşının cinsi arzu və marağını açıqca ifadə etməyindən narahat olur. Xüsusilə də, özünəinamsız və aldadılmaq qorxusu olan kişilər xanımlarının cinsi arzularının fərqində varmaqlarından narahat olurlar. Bu yanlış inanc sayəsində, qadın sadəcə ərinin istədiyi zaman onu məmnun etmək üçün cinsi əlaqəni qəbul etməyə özünü şərtləndirir.

Kişilər hisslərini (ağlamaq; sevmək..) büruzə verməməlidir.

Bu yanlış inanc, kişilərin həm ikili münasibətlərində, həm də cinsi həyatlarında olduqca əngəlləyici rol oynayır. “Kişilər ağlamaz” mifi duyğularını açmaq, istəklərini demək, xüsusilə də istəmədiklərini demək mövzusunda kişiləri əngəlləyir və münasibət cəhətdən məhdudlaşdırıcı olur. İkili münasibətlərdə demokratiyanın olmağı və səmimiyyət cütlüyün rahat əlaqədə olmağının əsas faktorlarından biridir.

Kişilərdə cinsi istəksizlik ola bilərmi?

Bəli! İnsanlar hər nə qədər kişilərin hər an seksə hazır olduqlarını və cinsi istəklərinin azalmayacağını düşünsələr də, bu sualın cavabı: Bəli-dir. Cinsi istəksizlik nadir bir hal olmamağı ilə yanaşı, kişilər və qadınlar arasında, kişilərin həmişə istəkli olduğu mifi yayğındır. Üstəlik ərində cinsi istəksizlik olan bir qadın belə, uzun zaman bu şəkildə düşünməyə davam edə bilir. Çünki, ərlərində cinsi istəksizlik olan qadınlar, ilk olaraq başqa bir qadının olma ehtimalını düşünürlər. Kişilərdə cinsi istəksizlik olmayacağına görə, onunla sevişməyən kişi, mütləq ki başqa biriylə sevişir. Yəni, kişilərin də cinsi istəklərinin azalmış olacağına çox da ehtimal verməzlər.
İlk cümlədə yazdığım yanlış inanclar ucbatından, kişilər istəsə də, istəməsə də cinsi əlaqəyə girməyə çalışırlar. Bəlkə də, bundan daha vacib olan qadın-kişi münasibətlərini və dostluqlarını pozmaqdadırlar. Bu inancla, qadınlar özlərinə yaxınlaşan hər kişinin, hər zaman cinsi əlaqə tələbi ilə yanaşdığını zənn edir, kişi də yaxınlaşdığı və ya ona yaxınlıq göstərən hər qadına cinsi istək duymalı olduğu zənn etməkdədir.

30_bearded_dying_warrior_temple_of_aphaia1350536695785

Faydalı qaynaqlar:

Kaschak E, Tiefer A New View of Women`s Sexual Problems. The Howarth Press, 2001
CETAD, Cinsel Sağlık ve Üreme Sağlığı Araştırması, Ağustos 2006
Panthaki, Dhun. Education in Human Sexuality, 1997
Reay Tannahill, Sex in History 1980

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyi ilə…
Şəbnəm Sadıqova
Psixoterapevt

shabnamsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.