Erkən boşalma. Kimin problemidir?

Erkən boşalma təkcə fərdin problemidir ya cütlüyün?
Cütlüyün münasibətinə necə təsir edir?
Erkən boşalma nəvaxt problem olaraq yaşanmağa başlayır?

999999

ISSM (International Society for Sexual Medicine) ‘nin təşkil etdiyi, bir çox ölkəni əhatələndirən və 2009-2013 illəri arasında aparılan geniş araşdırmaya görə erkən boşalma ən yüksək faizlə (25.8%) Çində müşahidə edilib.
Azərbaycana aid hər hansısa ciddi statistika yoxdur.

Səbəblər

► Ölkəmizdə nizamlı cinsi həyata keçişin daha gec yaşlarda başlaması
► Cinsi təcrübə yetərsizliyi
► İlk cinsi təcrübələrin yaxalanma qorxusu  ilə ya da uyğunsuz şəraitlərdə yaşanması

Erkən boşalma diaqnozunun qoyulmağı üçün müəyyən cinsi təcrübənin olmağı lazımdır.  Hər gənc kişi, boşalma üzərinə nəzarət bacarığı olmamağı səbəbindən, ilk cinsi təcrübəsində kontrolsuz boşala bilir.  Boşalma üzərində nəzarət zamanla və cinsi təcrübə ilə qazanıl;r. Bu bir növ öyrənmə müddətidir. Bununla birlikdə bəzi amillər də erkən boşalma probleminə yol aça bilir. Məsələn: cinsi təcrübənin gec yaşanması, cinsi təcrübənin yetərsiz olması,  birləşməyə indeksli cinsəllik, gərgin şəraitdə cinsəllik, boşalmanı hədəfləyən cinsəllik və s. kimi hallarda boşalma kontrolunun öyrənilməyi çətinləşməkdədir. Bunlar arasında ən önə çıxan faktor – təşvişdir.

Cinsi əlaqə zamanı təşviş duyğusu nə qədər yüksək olarsa, öyrənmə müddəti bir o qədər axsamağa başlayar. İlkin təcrübələrin pullu ya da riskli cinsəlliklərlə başlamağı, hər an yaxalanma qorxusu ilə yaşanan təcrübələrdə təşviş və gərginlik də yüksək olur. Və beləlikcə boşalma üzərində kontrol bacarığı qazanıla bilmir. Həmçinin, gec yaşlarda cinsəllik yaşamaq da ayrı bir faktordur. Fərd partneri ilə rahat bir şəraitdə olsa belə özü rahat deyilsə, bu kontrolu qazanmaya bilər. Təşviş təkcə bədən həssasiyyətinin fərqinə varılmağını və öyrənməyi əngəlləmir, eyni zamanda boşalma refleksini də başladır.

Erkən boşalan kişi, özünün boşalma kontrolu ilə məşğul ikən eyni anda sərtləşmənin yaranması və davam etməsinə də fokuslanır, partnerin məmnuniyyətinə daha az yönəlir. Rowlandın 2003 – cü ildə apardığı araşdırmada, kişilərin utanc, günahkarlıq, gərginlik kimi neqativ duyğular yaşadığı təyin edilmişdir.

Erkən boşalmanı dəyərləndirərkən, nəzər yetirilir:

♂ Kişinin boşalma üzərindəki kontrolu
♂ Situasiyaya bağı stress səviyyəsi
♂ Girişlə boşalma arasındakı müddət
♀ Partnerin bu problemə yanaşması
♀ Partnerin məmnuniyyəti və orqazm olub – olmaması
♀♂ Cütlüyün yaxınlığı və ümumi olaraq münasibətlərinin keyfiyyəti
♀♂ Problem haqqında ünsiyyət qura bilməkləri
♀♂ Hamiləlik arzuolunandırmı? Bu mövzuda narahatçılıqları varmı?
♀♂ Kişi ya da partneri təşvişli insanlardırmı?

erken boşalma

Erkən boşalmanın cütlüyə yaşatdığı ilkin narahatçılıqlar:

  • Yaxınlıq azalır
  • Hər ikisində də məmnuniyyətsizlik və sıxıntı yaranır
  • Erkən boşalan kişilər özlərinə cinsi bacarıqları mövzusunda daha az güvənməyə başlayır
  • Partnerlərinin gözləntilərini yerinə yetirməkdə çətinlik çəkirlər
  • Ön sevişməni uzatmamaq üçün partnerə oral ya da əllə klitoral oyanma yaratmaqdan qaçınırlar, öz sevişmə müddətini qısa tuturlar.

Müalicəsi

Tibbi metodlar içərisində tam müalicə verəni cinsi terapiyadır. Fərdin partneri ilə birlikdə müalicə edildiyi cinsi terapiyalar, təməl olaraq kişinin boşalma kontrolunu qazanmağını hədəfləyir.

Həmçinin, yanlış cinsi inancların düzəldilməyi, keyfiyyətli ön sevişmənin təmin edilməsi, cinsi ünsiyyətin öyrənilməsi və birləşməni deyil cinsəlliyin bütünündən həzz almağı hədəfləyən bir cinsəllik qavramının (perception) yaranmasının təmin edilməsidir. Bu müalicə, cinsi terapiya təhsili almış psixi sağlamlıq professionalları tərəfindən gerçəkləşdirilir.

Cinsi terapiyaya cüt olaraq gələnlərdə, erkən boşalmanın müalicə effekti yüksəlməkdədir.  
Cütlüyün münasibəti, ailədaxili ünsiyyətin keyfiyyəti daha yaxşı olmaqdadır.

1. Revicki, D. 2008
2. Rowland, D. 2003.
3. Hartmann, U. 2005
4. Rawinska 2014
5. Stanley 2014
6. Serefoglu 2011

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.