İnsanı yaxşı tanıdığını zənn etmək, insan sərrafı olduğunu düşünmək tez – tez psixoloq və psixoterapevt ixtisasları ilə eyniləşdirildiyi üçün, vəziyyət elə bir hal alıb ki, başqalarının gözündə həqiqi məsləkdaşlar sanki bu işi hobbi olaraq görürlər. Təbəssümdən başqa mimikası, sevincdən başqa emosiyası, anlamaqdan başqa davranışı ola bilməz. Onun üçün biçilmiş çərçivədən 1mm belə kənara çıxsa, bu onun birbaşa intellekti və məsləyində zəyif olması ilə yarğılanmağına səbəb olur. Bu yanaşmalar bir çox məsləkdən olan insanları yorur.
Sən necə Miss World`sən ki üzünə sızanaq çıxıb?
Qarşımızdakının hərşeydən öncə bir insan olduğunu unuduruq. Və gözləntilərimizin çox zaman elə özümüzə zərər verə biləcəyi reallığından yayınmış oluruq. Məsələn, psixoloqla görüş zamanı ondan “edim ya etməyim” kimi suallara birbaşa cavab verməyini istəyə bilərik.
Hərkəs üçün bir neçə başlıq qaraladım. Əlavələr olduqca, bu səhifədə qeyd edəcəyəm.
Ayrı – seçkilik etməz.
Terapevtlər insanlar arasında heç bir irq, cinsiyyət, din, sosio – ekonomik səviyyə ayrı – seçkiliyi etməzlər.
Təbiət üstü hadisələrdən və ya varlıqlardan danışmaz.
Terapevtlər cin, pəri, şeytan kimi təbiət üstü təsdiqlənməyən varlıqlar və hadisələrlə maraqlanmaz, bunlardan danışmaz. Elmi əsaslarla işləyirlər.
Məlumat paylaşmaz.
Terapevt pasientə aid məlumatları, o pasientin ondan terapiya dəstəyi aldığını belə başqaları ilə paylaşmaz.
Hər yerə iş aparmaz.
Terapevtlər də eynilə digər məsləklərdəki insanlar kimi daima işləməzlər. İş saatları xaricində terapistlik etməz, daima başqa bir insanın ruh halı ilə məşğul olmaq istəməzlər.
Mühakimə etməz.
Terapistlər pasientlərinə, onların həyat tərzinə, seçimlərinə və ya inanclarına qarşı mühakiməli olmamalıdırlar.
Pasientləri ilə seansa aid mövzuları kənarda yazışmaz.
Terapist pasientlə və ya pasient terapistlə seans xarici əlaqəyə ancaq məhdud mövzularda keçə bilər. Terapist mesajlaşma və ya zəngləşmə zamanı, professional kimliyindən kənar şəxs kimi danışmamalı və ya mesajı cavablamamalıdır. Terapist-pasient münasibətinə və pasientin gizlilik haqqlarına zərər gətirə biləcək hər xırda addımdan qaçınmalıdır.
Pasientləri ilə seans xaricində görüşməz.
Məsələn: seans sonrası pasienti tərəfindən bir kafedə çay içməyə dəvət edilən terapistin həmin dəvətə getməyi etik deyildir. Buraya toy, adgünü, konsert, önəmli digər günlər də daxildir. Ancaq bir halda bu mümkündür, o da əgər terapiyada danışılıb və pasientin sağlamlığına fayda olacağı düşünülübsə.
Tanışları ilə terapist – pasient münasibəti qurmaz.
Terapistlər tanışlarına konsultasiya və ya terapiya etməzlər.
Təcrübəsinin olmadığı vəziyyətlərdə müdaxilə etməz.
Terapist təcrübəsi olmayan və ya səlahiyyəti olmayan vəziyyətlərdəki pasienti qəbul etməz. Belə hallarda onu məsələyə daha hakim bir mütəxəssisə yönləndirirlər.
Şərh etməz.
Terapistlər pasientlərinin danışdıqları mövzulara şərh bildirməzlər. Dəstəklədiyi və ya tamamilə qarşı çıxdığı bir vəziyyətdə belə o hadisə haqqında şəxsi fikirlərindən bəhs etməz.
Sizə nə etməli olduğunuzu deməz.
Terapistlər pasientlərə nə etməli olduqlarını deməz və ya onları yönləndirməzlər. Onun özünü yönləndirə biləcəyi fərqindəliyə çatmağını təmin edərlər.
Əlaqəli yazı üçün:
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.