Doğuş sonrası depressiya

Doğum sonrası qadınların təxminən 10%ində depressiya müşahidə edilir. “Postpartum depressiya” deyilən vəziyyətə dair yeni araşdırmalar maraqlı nəticələr ortaya qoyur.

ppd2

Kədərlilik, yorğunluq və konsantrasiya pozuntuları ilə özünü göstərən doğuş sonrası depressiyanın səbəbinin doğumdan sonra yaşanan hormonal dəyişiklik və ana olmağın gətirdiyi fiziki, intellektual və sosial yüklərdən qaynaqlandığı düşünülür. Araşdırmaya görə qış və yaz aylarında doğuş edən qadınların depressiyaya düşmə faizi yay və payız aylarında doğuş edən qadınlara nisbətdə daha aşağıdır. Fəsillərə görə yaşanan bu fərqin səbəbi bilinmir, lakin, mütəxəssislərin yanaşması: payız və qış aylarında doğan anaların soyuq mövsümlərdə, yeni doğulmuş körpələri ilə evdə daha çox və rahat zaman keçirdə bilməklərinin analığa keçiş prosesini asanlaşdırdığı yönündədir.
Araşdırmaya görə epidural anestezi almaq və uzun hamiləlik keçirmək qadınların postpartum depressiyaya düşmə ehtimalını azaldır.

Xülasə: Payız və qış aylarında doğuş və doğum zamanı epidural anestezi qadınlarda doğum sonrası depressiya ehtimalını azalda bilər.

Araşdırmanın linkinə buradan klikləyə bilərsiniz:
The Guardian

 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.