Freud, yaşamın 4cü və ya 5ci ilində marağın cinsi bölgəyə yoğunlaşdığını və bu dövrdə cinsi orqanın narsissistik bir önəm qazandığını qeyd edirdi. Fallik – edipal dövr olaraq adlandırılan bu mərhələ, uşağın təməl anatomik fərqlərini kəşf etməyi və öz cinsi kimliyinin təməllərinin yaranması üçün vacibdir. Fallik – edipal dövrdə oğlan uşağında anaya qarşı güclü cinsi bir maraq və ona sahib olma arzusu inkişaf edir. Bu maraq adətən 3 yaşlarında görülür və 4-5 yaşlarında zirvəyə çatır. Bununla yanaşı, uşaq ən böyük rəqibini, yəni atasını aradan götürmək istəyir. Uşaq atasına qarşı aqressiv arzuları səbəbindən ondan ciddi bir cəzalandırma gözləyər və bu gözlənti kastrə edilmə qorxusuna yol açar (Freud 1905).
Psixoanalitik yanaşma, fallik- edipal dövrdə uşaqların cinsi orqanına ediləcək müdaxilələrin uşağın kastrə edilmə qorxularını artıracağı yavaşması yayğındır. Sünnətin, uşaq tərəfindən özünə qarşı bir hücum olaraq qavrayacağı, uşağın mənliyi üzərində neqativ təsirləri olacağı qeyd edilir. Freud, təşviş və instinktiv həyat (anxiety and instinctual life) adlı məqaləsində kastrə edilmə qorxuları, nevrozlar və sünnət arasında əlaqə ola biləcəyini vurğulamışdır (Freud 1933).
Freuda görə (1913) uşaqlar ənənəvi sünnəti kastrə edilmə ilə bir tutmaqdadırlar. Bununla yanaşı, psixoanalitik yanaşmada fallik-edipal mərhələdə deyil, cinsi inkişafın digər ərəfələrində də cinsi orqan üzərində tətbiq edilən sünnət kimi proseslərin kastrə edilmə təşvişini canlandıracağı və homoselsual meylləri artıracağını bildirən, nisbətən köhnə nəşrlər də vardır (Fenichel 1945).
Anna Freud (1952), uşağın bədəninə tətbiq edilən cərrahi müdaxilələrin, uşağın hücuma məruz qalma və kastrə edilmə fantaziyalarını aktivləşdirə biləcəyini vurğulayırdı. Onun fikrincə, cərrahi müdaxilənin mənası, prosesin ciddiyətinə deyil, ortaya çxıardığı fantaziyaların tipinə və dərinliyinə bağlıdır. Məsələn, uşağın fantaziyalarında anaya yönəlik aqressiya varsa, sünnət uşaq tərəfindən ananın onun bədəninə yönəlik qisas məqsədli bir hücum olaraq qavranıla bilər. Proses, uşağın passiv bir seksual partner rolunda olduğu, valideyn münasibətini təmsil edən sadistik bir anlayışı təmsil edə bilər. Həmçinin bu proses edipal həsəd, masturbasiya etmək, penis həsədi və penislə nümayişkaranəlik arzuları üçün cəza olaraq da qavranıla bilər.
Anna Freuda görə cərrahi prosedur penis üzərinə tətbiq edilirsə, cinsi inkişafın hansı mərhələsində olursa olsun, uşağın kastrə edilmə qorxuları canlanar. Cərrahi prosedur basdırılmış fantaziyaların gerçəkləşməyinə zəmin yaradar və bunun nəticəsində bunlarla əlaqəli olan qorxuların artmağına yol açar. Artan qorxu, uşağın mənliyinin üzləşmək məcburiyyətində olduğu daxili təhdid yaradar. Müdafiə mexanizmlərinin qorxu ilə mübarizə üçün yetərli olduğu hallarda, uşaq bu prosesə nevrotik partlamalarla cavab verir. Mənliyin qorxu ilə mübarizədə yetərsiz qaldığı hallarda isə proses uşaq üçün travmatik hala gəlir (Freud 1952).
1999cu ildə, ayrı-ayrı araşdırmalaq aparan Tractenberg və Denniston ortaq fikrə gəlmişlər. Sünnətin ana və uşaq arasındakı bağlanmanı pozduğunu qeyd edirdilər. Sünnətin uşağın anasına qarşı güvən duyğusunu zədələdiyini və bunun davamı olaraq, fərddə bütün qadınlara qarşı bir güvənsizlik yarandığını vurğulayırdı.
Yetişginlərin sünnətlə əlaqəli olaraq sıxlıqla ailələrinə qarşı qəzəb, aldadılmışlıq hissi, ağrı, kədər, alçaldılmışlıq hissi və utanc hiss etdiklərini bildirən bəri araşdırmalar da var (Bensley və Boyle 2000, Bigelow 1995, Goldman 1997). Körpəlik dövründə ya da uşaqlıqlarında icazələri olmadan sünnət edilən bəzi yetişginlər duyğularını şiddət, işgəncə, pis münasibət və cinsi hücum (assault) kəlimələri ilə tərif ediblər (Boyle 2002, Hammond 1997, Hammond 1999).
Aparılan bir digər araşdırmada isə, sünnət edilən uşaqların böyük əksəriyyətində Post Travmatik Stress Pozuntusu (PTSP) aşkarlanmışdır. Ənənəvi səbəblərlə sünnət olunan uşaqlarda PTSP halı 70%, tibbi səbəblərlə sünnət olan uşaqlarda isə 51% aşkarlanmışdır. Araşdırmanın nəticəsi olaraq həm ənənəvi həm də tibbi sünnətin PTSP riskini artırdığını, amma, ənənəvi sünnətin PTSP cəhətdən daha çox risk daşıdığını irəli sürmüşlər (Ramos & Boyle, 2000).
Nəticə etibarilə, sünnət təkcə cərrahi müdaxilə olmaqla kifayətlənmir. Dini, tarixi, kültürəl önəmi olduğu qədər, sosial təsirləri də nəzərdən çıxarmamaq lazımdır. Sünnət ediləcək uşağın yaşı, ümumi anesteziya altında edilməyi, əgər anlayan yaşdadırsa bu haqda 2-3 həftə əvvəldən onun məlumatlandırılmağı, məlumatın kim tərəfindən və necə verildiyi və digər bütün detallar ciddi önəm daşıyırlar. Məsələnin fiziki yanı ilə yanaşı psixoloji yanının da diqqət mərkəzində olmağı mühümdür. Xüsusilə də mövzu uşağın sağlamlığıdırsa.
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.
Reblogged this on azeryar.
BəyənBəyən