Çarəsiz hiss etdiyimiz; görməməyə çalışdığımız; olmağını əsla istəmədiymiz; yox etmək istədiyimiz hadisələrin başında aqressiya və ağrı var. Bu iki halın kulminasiya nöqtəsi təcavüzdür. Təcavüz qurbanlarının yaşı və cinsi yoxdur. Lakin, təcavüzkarın cinsiyyəti yüksək faizlə kişidir.
Seksual aqressorun adətən yad insan olduğuna dair miflər vardır. Bütün zamana aid araşdırmalar isə, təcavüzkarın daha çox ailədən, yaxın tanışlardan biri olduğunu göstərir (Godenzi 1992).
Bir digər mif isə, təcavüzkarın ruhi xəstə olduğu yönündədir. Bu düşüncə qəlibi baş verən təcavüz hadisəsini yüngülləşdirməkdən başqa bir işə yaramaz.
Seksual aqressor tiplərini bu şəkildə bölə və analiz edə bilərik:
1- Güc artırmaq dərdində olanlar:
Etibarsız və natamam tiplərdir. Və bunu kompensasiya etmək üçün seksual zorakılıq edirlər. Mülayim insan olaraq bilinirlər.
2- Güç nümayiş etdirənlər:
Çox vaxt seksual partnerləri olur. Bir kişi olaraq bu haqqa sahib olduqlarını düşünür, qadını kontrol edir və davranışları ilə onu dəyərsizləşdirirlər.
3- Qəzəbli və intiqamçı olanlar:
Qadınlara qarşı hədsiz qəzəblidirlər. Sanki intiqam alırcasına, acıq çıxarcasına cinsi davranışlar göstərir, bunu bir silah kimi istifadə edirlər. Plansız və impulsivdirlər.
4- Sadistlər:
Qurbana əziyyət etməkdən həzz alırlar. Əksəriyyəti antisosialdır. Köhnə lüğətlə desək: sosiopat/psixopat. Qurbanın vaginasına cism soxa bilərlər. Qurbanları əvvəlcə özünə heyran buraxır sonra planlı ssenarilərini reallaşdırırlar. (Groth et. al. 1977)
5- Opportunist olanlar:
Haradasa tamamilə cinsi motivasiya ilə hərəkət edir və vəziyyətin “asanlığından” faydalanaraq zorakılır edirlər. Burada asanlıq deyərkən, qurbanın gücsüzlüyü, yaşının azlığı, mental xəstə olması, çarəsiz qalacağı bir məkanda olması və s. nəzərdə tutulur.
Araşdırmalara görə, travmatik hadisə zamanı dissosiyə olanlar (donub qalma) reaksiya verənlərə (qaçan, qışqıran və s.) nisbətən daha çox təsirlənirlər. Bir də bunun susqunluğunu düşünün..
Başına təcavüz hadisəsi gəlmiş insanların bu haqda susmağının başlıca səbəblərindən biri: qınanılmaq, utandırılmaq, seksual olmaz bəlkə amma, mənəvi-psixoloji zorakılığa məruz qalmaqdır. Polisin tənəli suallarından, lağ edilməsindən, gizliliyinin qorunmamağından qorxduqları üçün susarlar. Təcavüz edilməyinin travması az imiş kimi, yerindən-yurdundan olmaqdan qorxarlar. Qorxduqları üçün susarlar..
Malinowskinin fikrincə, cinsi basqılar seksual cinayətlərin sayını artıran faktordur. Cinsi basqıdan qurtulmağın yolu ya nevroz olmaqdır ya da azad cinsi əlaqə. Onun bu fikirlərinin təməl anlamı, maariflənməkdir. Cinsi sağlamlıq haqqında məlumatlı olmaqdır. Masturbasiyanın günah və ya xəstəlik deyil, sağlamlıq üçün mühüm olduğunu bilməkdir. Hərşey bununla bitərmi? Bitməz.
Seksual cinayətlərin qarşısının alınması və azaldılması üçün görülməli olan tədbirlər, atılmalı olan addımlar ən xırda detalına qədər müzakirə edilməli, üzərində işlər aparılmalıdır. Çox vaxt sadəcə uşaqların öyrədilməli olduğundan bəhs edərlər. Bunun doğru strategiya olmadığını görmək lazımdır artıq. Qurban və ya onun ailəsi ən son məlumatlandırılmalı insanlardır. Bunu bütün ixtisaslara yönəltmək lazımdır. Polislərə, hüquq mühafizə orqanlarına, müəllimlərə, həkimlərə, əhaliyə….
Bu mövzuya yenidən qayıdacağam. Birşeyləri dəyişəcəyinə olan inamım ilə, usanmadan mübarizəyə davam edəcəyəm. Sizlərin də dəstəyinə ümidimlə…
shabnamsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.
Tebrikler, gayet içerikli bir sayfanız var.
BəyənBəyən
Teşekkür ederim.
BəyənBəyən