Cinsəllik: şəxsin fiziki/bioloji cinsiyyətini, ictimai cinsiyyətə bağlı xarakterini və rollarını, cinsi meylini, erotizmini, həzz almağı, yaxınlaşmağı və törəməyi ehtiva edir. Yəni insanın bütün yaşamının əsas ünsürlərindən biridir.
Düşüncələr, fantaziyalar, arzular, inanclar, davranışlar, dəyərlər, xüsusiyyətlər, cəhdlər, rollar və münasibətlər yaşanır və təcrübədən keçirilir.
Baxmayaraq ki, bütün bu ünsürləri özündə birləşdirir, lakin, həmişə bütün bunlar eyni anda yaşanacaq deyə bilmərik. Bioloji, psixoloji, sosial, ekonomik, politik, kültürəl, əxlaqi, hüquqi, dini və mənəvi faktorların təsiri ilə yönəlirlər.
Cinsi sağlamlıq: Cinsəlliklə əlaqəli olaraq fiziki, duyğusal, intellektual və sosial yönlərdən sağlam olma halıdır. Sadəcə xəstə olmamağa, bütün funksiyaların yerində olmağına və şikəstliyin olmamağına bağlana bilməz. Zorakılıq, diskriminasiya və aqressiya olmadan həzz alınan və güvənli cinsi təcrübə içərisində cinsəlliyə və cinsi münasibətlərə pozitiv və hörmətlə yanaşmanı əsas tutur. Cinsi sağlamlığın qazanılmağı üçün bütün insanların cinsi haqlarına hörmət edilməli, bu haqlar qorunmalı və istifadə edilə bilməlidir. (WHO 2006)
Psixoseksual İnkişaf Dövrləri
Oral → Anal → Fallik → Latent → Genital
ORAL DÖVR (0-1)
İnkişafın ilk addımıdır, ömrün ilk 1-1.5 ilini əhatə edir.
Niyə “Oral”?
Ömrün ilk 1-1,5 ilində ağız, dil, dodaqlar körpənin əsas doyum qaynağıdır: bir başqa anlamda cinsi orqanlarıdır.
Xüsusiyyətləri: Ağız bölgəsində qavranılan hisslərin ilkin olanları: aclıq, susuzluq, ana məməsi ya da onun yerinə keçən obyektlərin verdiyi və xoşhal olma duyğusu yaradan toxunuşlar, udmaq və doymaqla əlaqəli hisslərdir.
Yəni, cinsi fəaliyyət hələ ki qidalanma fəaliyyətindən müstəqil hala gəlməmişdir.
Oral Erotizm (Libidoya yönəlik element): oral gərginliyin yaratdığı vəziyyətə, misal üçün: aclığa son verməyi hədəfləyir. Məqsədə çatmış olmaq (oral doyum), əmizdirmə sonu müşahidə edildiyi kimi, bir rahatlama və susqunluq yaradır.
Oral erotizm bu periodun ilk aylarında daha çox hegemondur.
Oral sadizm (Aqressiv element): oral periodun son aylarında oral erotik elementlərlə birlikdə varlığını davam etdirir. Oral aqressivlik dişləmək, çeynəmək, tüpürmək və ağlamaq reaksiyaları ilə ifadə edir. İnsanda var olan yıxıcı, dağıcıdı meyllərin ilk simptomudur.
Körpə, özü ilə yad cisim arasındakı sərhəd barizləşdikcə anlayır ki, ana (məməsi) onu doyuran həzz qaynağıdır. Beləliklə ana körpənin ilk sevgi obyekti olur. Körpənin bu ilk sevgi obyekti üçün inkişaf etdirdiyi bağlılığın xüsusiyyəti, sonrakı yaşamında önəm daşıyacaq şəxslərə qarşı inkişaf etdirəcəyi duyğu və mövqelərini müəyyənləşdirməyi cəhətdən çox vacibdir.
Oral periodun əhəmiyyəti:
Mənlik (Ego) inkişaf etməyə başlayır
Özünə və insanlara güvən duyma
Alma-Vermə müvazinəti. (Hədsiz asılılıq ya da qopuqluq olmadan)
Oral perioda aid patologiyalar:
- Depressiya
- Şiofreniya
- Asılılıqlar
- Depressiv şəxsiyyət quruluşu
- Yemə pozuqluqları – obezlik
- Kəkələmə, nitq problemləri
Oral xarakterli insanlar hədsiz asılıdırlar. Digər insanların onlarla maraqlanmaqlarını və onlara baxmağı öz öhdələrinə götürməklərini istəyirlər. Hərdən bir digər insanlara birşeylər versələr də əslində bunlar, qarşılığını ala bilmək gözləntisi ilə edilən hərəkətlərdir. Bu cür insanların özlərinə olan hörmətləri digər insanların muhakimələrinə bağlıdır. Həsəd və qısqanclıq duyğuları da oral xarakterli insanlarda çox sıx rast gəlinir.
ANAL DÖVR (1-3)
3 yaşın sonuna qədər davam edir.
Niyə “anal”?
Libido anus və çevrəsinə daha çox səpələnmişdir. Anusun funksiyaları və nəcisin tutulub – buraxılmağı zamanı yaşanan həzzə fokuslanılmışdır. Uşaq anusu büzən əzələlərə gedən sinirlərin yetginləşmələri nəticəsində, nəcisinin tutuması ya da boşaldılması funksiyaları üzərində kontrolu öyrənir. Anus əzələləri üzərindən kontrol qazanma, oral periodun passiv yaranma formasından effektivliyə doğru keçişi də əhatə edir.
Anal erotizm (Libidoya yönəlik element)
Dəyərli bir obyekt olaraq qavranılan nəcisi tutmaqdan ya da hədiyyə kimi anaya təqdim edilməkdən duyulan cinsəl təməlli xoşhallığa anal erotizm deyilir.
Anal sadizm (Aqressiv element): Nəcisi güclü və dağıdıcı bir silah kimi aqressiv duyğularla püskürtmə meylinə anal sadizm deyilir.
Lakin bu həzz qarşısında bir əngəl durur: Ana
- İstədiyin zaman boşalda bilməzsən!
- İstədizin zaman tuta bilməzsən!
Qaydalara adaptasiya olmaq lazım gəlir.
Anal dönəmin əhəmiyyəti
- Həzzi təxirə salmağı öyrənmək
- Tutma və buraxma zamanını seçmək
Müstəqil bir insan olaraq azadca seçim edə bilmək, müstəqilliyini davam etdirə bilmək, günahkarlıq hiss etmədən hərəkət edə bilmək, hadisələr qarşısında qərarsızlığa qapılmadan hərəkətə keçmə və bu hərəkətlərin nəticələrini olduğu kimi qəbullana bilmək, dikbaş olmadan və aşırı güzəştlərə getmədən digər insanlarla əməkdaşlıq edə bilmə qabiliyyətləri qazanılır.
Anal perioda aid patologiyalar:
Anal periodda tualet vərdişlərinin sülh yolu ilə tamamlanmamağı halında (ağır cəza – utandırma);
Hədsiz təmizkarlıq,
Qatı düşüncəlilik,
İnadçılıq, dikbaşlıq,
Pul xərcləməkdən çəkinmə və xəsislik meyli müşahidə edilir.
Obsessiv kompulsiv nevroz
Anal mühafizəkar xarakter: qəzəblilik duyğuları (nəcis) bütün duyğusal reaksiyaların inhibə olmağına səbəb ola bilər. Anal muhafizəkar xarakterin ən uc nümunəsi obsessiv kompulsiv nevrozlarda görülür.
Anal reaksiyacı xarakter: ananın ziddiyyətli davranışlarına ya da laqeydliyinə qarşı qəzəbi boşaltma vərdişi inkişaf etdirən uşaqlarda, antonim duyğuları (sevgi və nifrət) eyni anda yaşamaq, dərbədərlik, qəzəb reaksiyaları göstərmə, üsyanlar və sadist-mazoxist meyllər həyat boyu izlərini davam etdirir. Bu kimi şəxslər hər şeyə, xüsusilə də avtoritetliyə, əks təklif gətirmədən, davamlı qarşı çıxırlar.
FALLİK DÖVR (3-6)
3 yaşın sonundan 5 yaşın bitişinə qədər.
Niyə “Fallik”?
Fallus; kişilik orqanı. Penis qız və oğlan uşağı üçün əsas maraq obyektidir. Cinsi bölgələrin qıcıqlanmasından həyəcanlanmaq və cinsəlliyə hədsiz maraq şəklində davranışlarla xarakterizə edilən perioddur.
Bu müddətdə penis hər iki cinsdən olan uşağın əsas maraq dairəsi olur və qız uşaqlarında bu orqana əvvəlcədən sahib ikən, sonradan itirdikləri şəklində şərhləndirmə meyli müşahidə edilir. Oğlan uşağı: bu orqan məndə var, o itirib. Amma necə?! (İğdiş edilmə təşvişi)
Edip kompleksi
*Anaya qarşı yoğun arzu
*Atanı rəqib olaraq görmək və onu aradan qaldırma istəyi
Həlli: xədim olma qorxusunun anaya olan arzudan daha yoğun olması.
*Anaya arzudan imtina və ata ilə eyniləşmə
*Superego yaranışı
İğdiş edilmə təşvişi
- Ataya qarşı olan aqressiv duyğularından ötürü cəzalandırılacağı qorxusu
- Atanın onu xədim edəcəyi düşüncəsi
Elektra kompleksi
- Oğlan uşağının penisini görmə və qibtə etmə
- Niyə məndə yoxdur?! Səbəbkarı anamdır!!!
- Anaya qarşı hirslilik və bəzi zamanlar düşmanlıq
- Əvəzləmə cəhdi: Atam mənə penis ya da uşaq (penis yoxluğunun yerinə keçəcək) verə bilər.
Həlli: Ataya yönəlik sevginin yerini zamanla (atanın da sevgisini verdiyi) uşaqların həqiqi sahibi olan anaya yönəlik sevgi alır.
*Ana ilə eyniləşmə
*Superego yaranışı
FALLİK DÖNƏMİN ÖNƏMİ
+ Eyni cinsdən olan valideyn ilə eyniləşmə və superego yaranışı
+ Utanc duyğusuna qapılmadan maraq və ehtiyaclarını ödəyə bilməyi öyrənməyinə, çevrəsindəki hadisələr və şəxslərlə yanaşı özünün daxili impulsları üzərində də hegemon ola bilmə cəhdlərini inkişaf etdirə bilmək.
Fallik perioda aid patologiyalar:
- Freud, Edip kompleksinin fallik periodu müddətində çözümlənməməyinin (resolution), növbəti illərdə nevozlara və xarakter pozuntularına yol açdığı düşüncəsini inadla müdafiə edirdi.
- Uğursuz evliliklər, dostlaşa bilməmək, bir insana ilişib qalmaq, tez-tez partner dəyişdirmək, daima ata ya da anaya oxşar insanlarla yaxınlıq, cinsi problemlərin böyük bir hissəsi, qabarıq və yoğun günahkarlıq duyğuları, hədsiz utancaqlıq və cəzalandırılma qorxuları.
- İnsest
- Homoseksual meyl (oğlan uşaqlarında ataya hədsiz sevgi və həsrət, anaya qarşı düşmani duyğular)
- İsterik, fobik nevroz
LATENT DÖVR (6-12)
Edip kompleksinin bitişindən həddi buluğun ilk işartılarına; 5-6 yaşlarından 11-13 yaşlarına qədər çəkir.
Niyə “Latent”?
Cinsi impulsların durğunluq müddəti olaraq tərif edilir.
- Öz həmcinsləri ilə yaxınlaşma
- Oynadığı oyunların xüsusiyyətlərində fərqlilik
Seksual və aqressiv enerjilər erotogenik bölgələrdən çəkilir. Bunun yerinə öyrənmə, oyun, çevrəni araşdırma və digər insanlarla daha effektiv münasibət qurmaqda istifadə edirlər.
Latent periodun əhəmiyyəti
Bu periodun əsas məqsədi:
Fallik periodun sonunda uşağın öz cinsindən olan valideyni ilə etdiyi eyniləşmə və öz cinsiyyətinə bağlı ictimai rolunu gücləndirməkdir.
Əlavə olaraq, uşaqlar bu periodda ana-ata xaricindəki yetişginlərlə, məsələn müəllimləri ilə də eyniləşməyə başlayırlar.
Əhəmiyyəti:
Öz seksual-ictimai rolunun möhkəmlənməsi,
Bacarıqlarını inkişaf etdirmək,
İşləməkdən məmnuniyyət.
Latent perioda aid patologiyalar:
Bu periodun uğurla bitirilmədiyi hallarda iki cür çətinlik əmələ gələ bilər:
- Uşaq daxili impulslarının kontrolunu təmin edə bilməsə, enerjisini öyrənməyə və bacarıqlarını inkişaf etdirməyə yönəldə bilməz.
- Ya da yüksək kontrol mexanizması inkişaf etdirərək şəxsiyyətinin inkişaf yolunu bağlayır və obsessiv xarakter quruluşunun yerləşməyinə səbəb olur.
GENİTAL DÖVR (12-18?)
Cinsi yetginliyin başlanğıcı olan 11-13 yaşlarından, yeniyetmənin gənc yetişkinlik dövrünə çatdığı illər qədər çəkir.
Niyə “Genital”?
Həzz qaynağının genital bölgələr olduğu perioddur.
- Həzzi törəmə funksiyası ilə əlaqəli hala gətirmə
- İmpuls komponentlərini cinsi orqanda toplama
- Bunu real obyektə yönləndirmə
- Bu obyekt ilə duyğusal doyumu da əlavə edərək cinsi əlaqə qurma
Genital periodun əhəmiyyəti:
Doyurucu seksual fəaliyyətlər və formalaşmış xarakterlə müəyyənləşən yetişkin şəxsiyyət formalaşır. Öz dəyərlərini qazanır.
Genital perioda aid patologiyalar:
Duyğusallıqdan məhrum, boş şəhvət doyumunu məqsəd edən münasibətlərə girmək.
Bu periodun təbii (natural) və müvəqqəti hadisəsi olan “kimlik böhranı”nın (identity crisis) çözümlənməməyi.
Çaşqınlıq
Ümidsizlik
Özü ola bilmədən, aid olmaq.
Qaynaq və məsləhətli mənbələr:
Freud, S. (1905). Three essays on the theory of sexuality. Se, 7.
Freud, S. Three Contributions to the Theory of Sex (Annotated). Arcadia Ebook; 2016.
Carducci, BJ. The Psychology of Personality: Viewpoints, Research, and Applications. UK: John Wiley & Sons; 2009.
Shaffer, DR & Kipp, K. Developmental Psychology: Childhood and Adolescence. Belmont, CA: Wadsworth Cengage Learning; 2010.
International Children`s Center (with the support of UNFPA). Adolescence and Adolescent Reproductive Health, Teaching Materials for the Training courses Ankara, 2003
Hall Calvin S. and Lindzey Gardner (1998), Theories of Personality, John Wiley and Sons Inc, New York.
Hjelle Larry and Ziegler Damiel J. (1981), Personality Theories, Mc-Graw-Hill Book Co., New Delhi.
Hurlock Elizabeth B (1964), Child Development, 6th Edition, Tata McGraw-Hill, New York.
Pervin Lawrence A. (1984), Personality: Theory and Research; John Wiley And Sons Inc., New York.
Bənzər yazılar:
Övlada dair
Qadına dair
Kişiyə dair
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.
Reblogged this on azeryar.
BəyənBəyən