Mən siz bilən Bipolardan deyiləm

Burada, o hərkəsin az qala nickname kimi istifadə etdiyi psixi pozuntudan bəhs edəcəyəm. Mümkün olduqca “guide” formatında yazacağam ki, sistemli məlumat əldə etmiş olasınız. Həm də yoxlayaq görək, o sizin bildiyiniz Bipolardandır?

Yazımı bu musiqi sədaları altında oxuya bilərsiniz:
https://www.youtube.com/watch?v=Yf-MPyoTbSI

Maniyadan depressiyaya qədər uzanan ruh halındakı kəskin dəyişiklik olaraq tərif edilir. Bu ruh halı oynamaları arasında, bipolar pozuntusu olan şəxsin normal psixi vəziyyətdə olduğu peridlar da olur. “Manik” sözü hədsiz hərəkətli, enerjik, danışqan, vecsiz, güclü, eyforik bir perioddan bəhs edir. 

Bipolar Pozuntu Simptomları:

Bu xəstəliyin iki bir – birinə zidd mərhələsi var:

1) Maniya və ya Hipomaniya

  • Yersiz/hədsiz kefli olma, ya da qəzəb/əsəbilik/aqressiya,
  • Çox danışmaq, mövzudan- mövzuya keçmək,
  • Düşüncələrdə sürətlənmə,   
  • Mübaliğəli özsayqı, 
  • Qeyri-adi yüksək enerji, daha az yuxu ehtiyacı,
  • İmpulsivlik, kontrolsuz doyma istəyi, (alışveriş çılğınlığı, ani səyahatlər, aşırı və bəzən korkoranə seks, yüksək riskli iş sərmayələri, yüksək sürətlə maşın sürmə)

2) Bipolar Depressiya simptomları

  • Ümidsiz, qüssəli hissetmə
  • Narahatçılıq
  • Zövq ala bilməmə
  • Şiddətli enerji itgisi, durğunluq
  • Fiziki və zehni bacarıqlarda ağırlaşma
  • Qərar vermədə və fokuslanmada çətinlik
  • İştah və kilo dəyişiklikləri
  • Yuxu problemləri
  • Fokuslanmada çətinlik, yaddaş problemləri
  • Müalicəyə cavab verməyən fiziki ağrılar, həzm problemləri
  • Günahkarlıq, dəyərsizlik düşüncələri
  • Ölüm, intihar düşüncələri

Bipolar pozuntu genetikdir? 

Genetik yatqınlıq ciddi risk olaraq görülür. Qohumlardan heç birində bipolar pozuntu olmayanlarda xəstəliyin görülmə ehtimalı o.5-1.5%ikən, birinci dərəcədən qohumlarda (ana – ata və ya bacı – qardaşlarında) bipolar pozuntu olanlarda xəstəliyin görülmə sıxlığı 5-10%ə yüksəlməkdədir. Tək yumurta əkizlərindən birində bipolar pozuntu varsa, digər əkizdə bipolar pozuntu görülmə ehtimalı 40-70%- ə qədər yüksəlməkdədir. 

Bu xəstəliyə kimlər tutulur?

Bipolar pozuntu adətən 15-24 arasında görülür və çox zaman həyatı boyunca davam edir. Hər yaşda müşahidə edilə bilər (7dən 70ə) amma ən sıx 20li yaşların başında başlayır. Hər 100 nəfərdən 1-2sində görülür. Bütün dünyada bənzər sıxlıqda görülməkdədir. Qadın-kişi arasında görülmə sıxlığı cəhətdən çox fərq yoxdur. Uşaqlarda və 65 yaş üzərində nadirən yeni diaqnostika edilmiş maniya müşahidə edilir.

(Yazıya əlavələr olunacaqdır)

Qaynaq:

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1762980/
https://www.ncbi.nlm.nih.gov/pubmed/7874172
Guze SB, Robins E. Suicide and primary affective disorders. Br J Psychiatry. 1970 Oct;117(539):437–438

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.