Şəxsiyyət Pozuntuları #A

Əvvəla, gəlin tərifini müəyyənləşdirək. Daha sonra da şəxsiyyət xüsusiyyətləri ilə şəxsiyyət pozuntusu arasındakı fərqi və ya əlaqəni açaq. 

Şəxsin mənsub olduğu kültürə görə gözləniləndən ciddi şəkildə sapmalar göstərən, davam edən daxili yaşantılar və davranışlar şablonudur. Yeniyetməlik ya da gənclik yaşları dövründə başlayır, zamanla daimiləşir və sıxıntıya və ya funksionallıqdakı pozulmalara yol açır.

Hərkəsdə müxtəlik şəkildə müşahidə olunan şəxsiyyət xüsusiyyətlərinin, şəxsiyyət pozuntusu olaraq dəyərləndirilməsi üçün bunların:

  • Rigidlik və adaptasiya pozuntusu
  • Funksionallıqda gözəçarpan pozulmalara yol açan və ya
  • Şəxsi sıxıntılara səbəb olmağı lazımdır.

Özünü göstərdiyi sahələr:

  1. Düşüncə fərqliliklərində (şəxsin özünü, başqalarını və hadisələri şərhləndirmə formasında)
  2. Emosional fərqliliklərdə (emosional reaksiyaların görülmə aralığı, intensivliyi, dəyişkənliyi və uyğunluğu)
  3. İnsanlararası münasibətlərdə
  4. İmpulslarını kontrol etməkdə yaşanılan çətinliklərdə

İnsanın psixi quruluşu 6 kateqoriyada nəzərə alınır:

*1. Normal – Nevrotiklər
*2. Simptom nevrozları
*3. Xarakter nevrozları (oral, anal, histerik)
*4. Narsissistik xarakterlər
*5. Psixotik təşkilat
*6. Borderline təşkilat

Nevrotik, Borderline və Psixotik şəxsiyyət təkşilatlanmaları (Personality Organization) arasındakı fərqləndirici diaqnostikanı Kernberg aşağıdakı kimi bölür:

  • Şəxsiyyət bütünləşməsi
  • Müdafiə mexanizmları
  • Həqiqəti dəyərləndirmə bacarığı
  • Aqressiya
  • Superego
  • Obyekt əlaqələri

Şəxsiyyət pozuntuları üç ana qrupda təsnif edilir:

A qrupu: Paranoid, Şizoid, Şizotipal
B qrupu: Antisosial, Histrionik, Borderline, Narsissistik
C qrupu: Çəkingən, Asılı, Obsessiv Kompulsiv

*Burada A qrupuna aid olan ŞP haqqında məlumat veriləcəkdir. 

Paranoid Şəxsiyyət Pozuntusu

Aşağıdakılardan dördünün ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan, fərqli zaman və şəraitlərdə ortaya çıxan, başqalarının davranışlarını pis niyyətə yozma, daimi güvənsizlik və şübhəcillik göstərmə.

    1. Əsaslı arqumentləri olmadığı halda başqalarının onu sömürdüyündən, aldatdığından ya da ona ziyan verdiyindən şübhələnir.
    2. Dostlarının və ya iş yoldaşlarının ona olan bağlılığı üzərinə yersiz şübhələri var.
    3. Danışdıqlarının ona qarşı pis niyyətlə istifadə ediləcəyindən boş yerə qorxduğu üçün başqalarına sirr vermək istəməz.
    4. Adi sözlərdən və ya hadisələrdən alçaldıldığı və ya göz dağı verildiyi şəklində mənalar çıxarırlar.
    5. Daima kin bəsləyirlər. Yəni, qürurlarını qıracaq davranışları v ya görməzlikdən gəlinməyi bağışlamırlar.
    6. Başqalarının anlaya bilməyəcəyi şəkildə, xarakterinə, etibarına hücum çəkildiyinə dair nəticəyə gəlir və qəzəblə qarşı tərəfə aqressiya ilə reaksiya verə bilir.

A. Tez-tez yoldaşının və ya seks partnerinin sədaqətsizliyinə dair şübhələrə qapılır.
B. Təkcə şizofreniyanın, psixotik xüsusiyyətlər göstərən bir hal-əhval pozuntusunun ya da başqa bir psixotik pozuntunun gedişatı zamanı ortaya çıxmamaqdadır. Ümumi tibbi vəziyyətin birbaşa fizioloji təsirlərinə bağlı deyildir.

Özü haqqındakı inanc:

Ziyan görə bilərəm

Digərləri haqqındakı inanc:

Digər insanlar pisdir.

Ara inanclar:

Əgər insanlara güvənsəm, mənə zərər verərlər.
Müdafiyədə olsam, özümü qoruya bilərəm.

Davranış strategiyası:

Həddindən artıq şübhəcil olmaq.

Qabarıq olan strategiyaları

Tətikdə olmaq
Güvənsizlik

Ana duyğular:

Qəzəb
Aqressivlik

Terapiyada qazandırılan strategiyalar:

Empatiya
Qarşılıqlılıq (reciprocity)
Güvən
Əminamanlıq və s.

Şizoid Şəxsiyyət Pozuntusu

Aşağıdakılardan dördünün ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan, fərqli zaman və şəraitlərdə ortaya çıxan, daima sosial münasibətlərdən qopma və başqaları ilə birlikdə olunan yerlərdə duyğuların ifadə edilməsində məhdud qalma sıxıntısı. 

  1. Ailəsinin bir parçası olmadığı kimi, nə yaxın münasibətlərə girməyi istəyər, nə də yaxın münasibətlərə girməkdən zövq alar.
  2. Demək olar kimi daima eyni tip fəaliyyətlərdə olmağı seçir.
  3. Başqa biri ilə cinsi təcrübə yaşamağa istəyi varsa belə çox azdır.
  4. Zövq aldığı fəaliyyətlər olsa da, sayı çox azdır.
  5. Birinci dərəcəli qohumları xaricində, yaxın dostları və ya sirdaşları yoxdur.
  6. Başqalarının tərif və ya tənqidlərinə qarşı etinasız görünür.
  7. Duyğusal soyuqluq, qopuqluq və ya monoton emosiyalar göstərir.

Sadəcə şizofreniyanın, psixotik xüsusiyyətlər göstərən əhval pozuntularının və ya başqa bir psixotik pozuntunun gedişatı zamanı ortaya çıxmamaqdadır. Ümumi tibbi bir vəziyyətin birbaşa fizioloji təsirlərinə bağlı deyildir.

Özü haqqındakı inanc:

Mən çətin adamam.
Fərqliyəm.
Qüsurluyam.

Digərləri haqqındakı inanc:

Digər insanların mənə qazandıracaqları heçnə yoxdur. Və mənimlə çox yaxın olmaq istəməzlər.
Onlar hədsiz müdaxiləçidirlər.
Digərləri məni sevmirlər. 

Ara inanclar:

Əgər digərlərindən uzaq qalsam daha yaxşı olar.
Əgər münasibət qurmağa çalışsam da alınmayacaq.
İnsan əlaqələri yorucu və qarışıqdır. 

Davranış strategiyası:

Özünü başqalarından uzaq tutmaq.
Yaxınlıq qurmamaq.
Tək başına fəaliyyətlər tapmaq.

Qabarıq olan strategiyaları

Avtonomiya
İnsanlarla münasibətdən uzaqlaşma

Ana duyğular:

Yüngülvari kədər.
Məcburi yaxınlıq zamanlarında gərginlik və təşviş. 

Terapiyada qazandırılan strategiyalar:

Sosial bacarıqlar
Güvən- özünə və digərlərinə
Davranışları dəyişdirməyə cəsarət.

Şizotipal Şəxsiyyət Pozuntusu

Aşağıdakılardan beşinin ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan, fərqli zaman və şəraitlərdə ortaya çıxan, koqnitiv və ya qavrayış təhrifləri və qeyri-standart davranışlar, yaxın əlaqələrdə qəfil narahatçılıq hiss etmə və yaxın münasibətlərə girə bilmək bacarıqlarında azalma hissi ilə başlayan, sosial və insanlararası çatışmazlıqların olduğu daimi bir sıxıntı.  

  1. Referans düşüncələri – haqqında danışıldığına dair düşüncələr.
  2. Davranışlara təsir edən və mədəni dəyərlərə uyğun olmayan qəribə fikirlər və düşüncələr (məs.: batıl inanclar, vəhy gəlməsi, telepatiya və ya 6cı hiss; və yeniyetmələr haqqında absurd fikirlər və ya bu haqda düşünmədən dayana bilməmək)
  3. Fövqəladə hissi yaşantılar, bunlar arasında fiziki illuziyalar da var.
  4. Qəribə düşüncə və danışıq forması (aydın olmayan, məcazi, çox detallı ya da monoton)
  5. Şübhəcillik və ya paranoya
  6. Duyğunun olmaması və ya uyğun olmayan emosional reaksiyalar.
  7. Birinci dərəcəli qohumları xaricində, yaxın dostları və ya sirdaşların olmamağı.
  8. Əcayib, standartdan kənar və ya özünəməxsus görünüş və davranış.
  9. Yaxından tanımaqla azalmayan hədsiz sosial təşviş, özünü haqqında neqativ muhakimələrdən çox paranoid qorxular bu pozuntuya müşaiyət etmə meylindədir.

Özü haqqındakı inanc:

Qüsurlu insanam.
Təbiət üstü hisslərim güclüdür.

Digərləri haqqındakı inanc:

Digər insanların təhdidkardırlar.
Onlar məni anlaya bilməzlər. Rədd edərlər, təhlükəlidirlər. 

Ara inanclar:

Əgər xüsusi maraqlarım, söhbətlərim olsa fərqli olaram.
Əgər başqalarının mənə qarşı neqativ hisslərini sezsəm, həmişə bunda haqlı çıxıram.
Əgər digərlərinə qarşı ehtiyatlıyamsa, deməli onların həqiqi niyyətlərini anlamışam.
İnsanlardan uzaq dursam yaxşı olar. 

Davranış strategiyası:

İnsanların gizli niyyətləri olduğunu təxmin etmək
Şübhəçilik
İnsanlardan uzaq durmaq
Eccentric* maraqlara yönəlmə

Ana duyğular:
Yaxınlıq zamanlarında gərginlik və təşviş. 

Terapiyada qazandırılan strategiyalar:

Güvən- özünə və digərlərinə
Empatiya
Duyğu və düşüncələrdə stabillik
Və s. 

Şəxsiyyət Pozuntuları #A

Şəxsiyyət Pozuntuları #B

Şəxsiyyət Pozuntuları #C

Qaynaq:

American Psychiatric Association, Diagnostic and Statistical Manual of Mental Disorders, 5th Edition: DSM-5 May 18, 2013
Kernberg, O.F. (1984). Severe personality disorders: Psychotherapeutic strategies. New Haven, CT: Yale University Press.
Simone Hoermann, Ph.D., Corinne E. Zupanick, Psy.D. & Mark Dombeck, Ph.D.:The Three Levels of Personality Organization
Prof. Dr. Doğan Şahin İÜ. İstanbul Tıp Fakültesi, Psikiyatri AD Kişilik Bozuklukları
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

2 thoughts on “Şəxsiyyət Pozuntuları #A

  1. Salam men oz dusuncelerime hakim ola bilmirem.meselen bugun dostumli getdik cayxanaya ve sobet etdik.ama helede ne olubsa behnimde firlanir . Tekce bu yox pis dusuncelerde fikirlesirem vesvesede olur . Ve bu durum meni cox narahat edir ..

    Bəyən

  2. Mən özümlə üzləşdirəcək suallara ehtiyacım var bəzən bu həyatda mən yox ikinci məni olduğunu və mənim yerimə yaşadığını düşünürəm

    Bəyən

Şərh üçün bağlıdır.