Partnerimlə seks haqqında necə danışım?
Nəyi bəyənib-bəyənmədiyini və sərhədlərini partnerinlə danışmaq daha sağlam münasibət qurmağa və doyurucu cinsi həyatının olmağına kömək edir.
Seksual olaraq nəyi bəyəndiyimi partnerimə necə deyim?
Bəzən yeni partnerdən seksual olaraq nəyi edəcəyini bilməyini gözləyirsən… sonra da olanlar yaxşı hiss etdirmədiyində dərin xəyal qırıqlığı hiss edirsən. Nə yaxşı ki, seksi möhtəşəm bir təcrübəyə çevirməyin çox asan bir yolu var: ünsiyyət.
Hərkəs fərqlidir, partnerinin nə qədər təcrübəli olmağına baxmayaraq, onun səni nəyin ehtiraslandıracağına dair heç bir fikri olmaya bilər. Sən gərək partnerinə səni nəyin yaxşı hiss etdirib və həyəcanlandırdığını deyəsən. Əgər münasibətiniz uzun zamandır davam edirsə, ünsiyyət xəttlərini açıq buraxmaqda fayda var, çünki sənin maraqların və etməyi xoşladığın şeylər zamanla dəyişə bilər.
Bəzi insanlar seksdə nəyi xoşladıqlarını başqa biri ilə cinsi birlikdəlik yaşayaraq, bəziləri isə öz bədənlərini masturbasiya vasitəsilə tanıyaraq kəşf edirlər. Öz bədəninizi tanıyaraq orqazm olmağı bacarmaq, partnerli seksdə orqazm olmağı asanlaşdırır.
Bədəninin hansı hissəsinə toxunulmağını istəyirsən? Nə qədər basqı yaxşı hiss etdirir? Hansı sürət və ya yavaşlıq daha xoşdur? Partnerinə nəyi xoşladığını onun yanında masturbasiya edərək göstərə bilərsən və ya onun əlini, ağzını və ya digər bədən hissəsini yönləndirərək anlata bilərsən. Və ya ona nəyin yaxşı hiss etdirdiyini sözlü ünsiyyətlə deyə bilərsən (və ya etdirmədiyini).
Seks haqqında danışmaq bəzən ürküdücü ola və ya qəribə hiss etdirə bilər, ancaq, eyni zamanda ehtiraslandıra da bilər. Partnerin də bunları onunla paylaşmağından dolayı məmnun hiss edə bilər. Əgər gərgin və ya həyəcanlısansa, ondan ona nəyin yaxşı hiss etdirdiyini və ya hansı seksual fəaliyyətlə maraqlandığını soruşa bilərsən. Sonra sənin üçün nəyin maraqlı olduğundan və nəyin yaxşı hiss etdirdiyindən danışa bilərsən. Bu həm də çox yaxşı fürsətdir ki, ona öz sərhədlərini göstərmiş olarsan və həm də, hansı növ sekslə maraqlanMAdığını ifadə etmiş olarsan.
Öncəki yazılar:
Seks #1
Seks #2
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.