Seks #4 – Anal Seks

Anal Seks nədir?

Anal seks penis – anus birləşməsidir. Bəzi insanlar anal seksdən zövq alırlar, bəziləri isə yox. Hər ikisi də normaldır. Əgər anal seksi yoxlamaq istəmir və ya xoşlamırsansa, birinin səni buna məcbur etməyi normal deyil. Seks hər ikinizə özünüzü yaxşı və rahat hiss etdirməlidir.

Anal seks incidə bilər: əgər bədənin relaks deyilsə və lubrikant istifadə etməmisənsə. Anus vagina kimi öz lubrikantını yaratmır, ona görə də lubrikant istifadəsi penisin (barmaq və ya seks oyuncağının) anusa rahatlıqla girməyinə kömək edir və prezervativin cırılmağının qarşısını alır.

Tərkibində yağ və ya vazelin, uşaq yağı, losyon olan lubrikantlardan uzaq dur.  Yağ tərkibli lubrikantlar condomu zəyiflədə və cırılmağına səbəb ola bilər. Lubrikant alarkən su tərkibli (water-based) olmağına diqqət et.

Bədənini dinləməyi öyrən. Əgər anal seks (və ya hər hansısa seks) incidir, ağrı verirsə, dərhal dayandır. Ağrılı və ya narahat seks davam etdirilməməlidir və partnerin də buna hörmət etməli, anlayış göstərməlidir.

Anal seksdən hamilə qalmaq mümkünsüzdür. Lakin, qorunmamış (condomsuz) anal seksdən HIV də daxil olmaqla STD yoluxmaq mümkündür. Ona görə də STD ehtimalını azaltmaq üçün condom və lubrikant istifadəsi çox vacibdir.

Az hallarda da olsa, anal seks həmin şəxsin hemoroid və bağırsaq zədələnməsi qazanmağına səbəb ola bilir.

Olmazlar:

  • Anal seks zamanı içəri boşalma
  • Lubrikant olmadan anal birləşmə yaşamak
  • Condomsuz əlaqəyə girmək
  • Eyni condomla həm vaginal həm də anal əlaqəyə girmək

Edilməli olanlar:

  • Seksdən öncə yaxşıca yuyunmaq
  • Anal duş almaq (imalə; клизма)
  • Condom geyinmək
  • Penisə və anusa lubrikant sürtmək
  • Vaginal və anal əlaqə üçün fərqli, yeni condom istifadə etmək
  • Seksdən sonra yaxşıca yuyunmaq

Əlaqə zamanı və ya sonrası anusda ağrı, qanama, göynəmə və ya axıntı varsa, dərhal həkimə gedilməlidir.

Öncəki yazılar:
Seks #1
Seks #2
Seks #3

shabnamsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.