Bütün əhali evdə qalmalı və COVID-19un yayılmasını azaltmaq üçün başqaları ilə təmaslarını minimuma endirməlidirlər.
Bəs sekslə məşğul ola bilərsinizmi?
Seksdən zövq almaq və virusun yayılmaması üçün bəzi tövsiyələr:
- COVID-19 necə yayılır?* COVID-19a yoluxmuş şəxsdən sənə keçə bilər.
o COVID-19a yoluxmuş şəxs öskürəndə və ya asqıranda, ona təxminən
1.50 – 2 m. məsafədə duran insanlara yoluxa bilir.
o Virus onların tüpürcək və ya seliklə birbaşa təmas yolu ilə yayıla bilir.* Hələ də COVID-19 və seks haqqında öyrənməli olduğumuz çox şey var.
o COVID-19a yoluxmuş insanların nəcisində virus aşkar edilmişdir.
o COVID-19 sperma və ya vaginal mayedə aşkar edilməmişdir.
o Digər koronavirusların seks yolu ilə ötürülmədiyini bilirik.
2. Sənə yaxın olan insanla cinsi əlaqədə ol.
- Sən özünün ən etibarlı seks partnerinsən. Masturbasiya ilə COVID-19 yoluxmur, xüsusilə də əllərini (və seks oyuncaqlarını) sabunla və su ilə ən az 20 saniyə müddətində yuyursansa (seksdən əvvəl və sonra).
- Növbəti ən etibarlı seks partner: birlikdə yaşadığın insandır. Yaxın əlaqənin -seks daxil- yalnız dar insan çevrəsi ilə olmağı virus yayılmasının qarşısını alır. Ancaq icazənin olduğu insanlarla cinsəllik yaşa.
- Evindən kənar olan istənilən insanla yaxın təmasdan -seks daxil- uzaq dur. Əgər başqaları ilə cinsəllik yaşayırsansa, bu zaman çalış mümkün qədər az insan olsun.
- Əgər seks partnerlərinlə online tanış olursansa və ya sekslə pul qazanırsansa, fiziki görüşlərə fasilə versən yaxşı olar. Video görüşlər, sexting (seksual yazışmalar, görüntülü danışıqlar, çılpaq paylaşımlar və s.) sənin üçün bu günlərdə ən optimal seçim ola bilər.
3. Seks zamanı ehtiyatlı ol.
- Öpüşmək asanlıqla COVID-19a yoluxdura bilər. Yaxın əhatəndə olmayan insanla öpüşməkdən çəkin.
- Birinin anusunu yalamaq və ya əmmək COVID-19a yoluxdura bilər. Nəcisdəki virus ağzınıza girə bilər.
- Prezervativ və dental dam-lər tüpürcək və ya nəcislə kontaktın çarşısını ala bilər. Xüsusilə oral və ya anal seks zamanı.
- Seksdən əvvəl və sonra yuyunmaq indi hər zamankından daha vacibdir.
o Ən az 20 saniyə ərzində əllərini su və sabunla yaxşıca yu.
o Seks oyuncaqlarını ilıq su və sabunla yaxşıca yu.
o Başqaları ilə bölüşdüyün klaviatura və sensor ekranlarını dezinfeksiya et (video chat, pornoqrafiya izləmək və ya başqa bir şey üçün).
4. Əgər sən və ya partnerin COVID-19a yoluxubsa seksdən qaçının, xüsusilə də öpüşməkdən.
- Əgər birdən narahat hiss etməyə başlamısansa, COVID-19 simptomları olub-olmadığını dəqiqləşdir: qızdırma, öskürək, boğazda ağrı və ya nəfəs darlığı.
- Əgər sənin və ya partnerinin daha ağır COVID-19a səbəb ola biləcək bir tibbi vəziyyəti varsa, cinsi əlaqəni ertələyin.
o Tibbi vəziyyətə: ağciyər xəstəliyi, ürək xəstəliyi, şəkərli diabet, xərçəng xəstəliyi və ya zəifləmiş immunitet sistemi daxildir (məsələn, HİV və CD4-nin az olması).
5. HİV, digər cinsi yolla ötürülən infeksiyaların (STI) və planlaşdırılmamış hamiləliyin qarşısını al.
- HIV: Kondomlar və PrEP HIV-un qarşısını almağa kömək edir.
- Digər STI-lar: Kondomlar cinsi yolla keçən infeksiyaların qarşısını alır.
- Hamiləlik: Önümüzdəki həftələr üçün effektiv doğum kontrol formanızın olduğundan əmin olun.
Əlavə məlumat üçün link:
https://www1.nyc.gov/site/doh/index.page
shabnamsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.