XƏRÇƏNG VƏ CİNSİ SAĞLAMLIQ

Xərçəngin müalicəsindən sonra seks fiziki və emosional aspektlərdən fərqlilik göstərə bilər. Sən və partnerin müəyyən düzəlişlər etməli ola bilərsiniz, lakin hələ də intim əlaqədən həzz ala bilərsən.

Bir çox qadının xərçəngdən qurtulduqdan dərhal sonra cinsi əlaqəyə girməyin təhlükəsiz olub-olmadığına dair tərəddüdləri olur. Ən doğru cavab həkiminizdədir.

Əgər cərrahi əməliyyat keçirmisinizsə, seks tikişləri zədələyə bilər, ona görə də bir müddət gözləməkdə fayda var. Hər hansısa qanama ehtimalı da digər narahatçılıqdır.

Bəzi xərçəng müalicələri (radio terapiya, kimyaterapiya) immun sisteminə müdaxilə edə və səni infeksiyalara qarşı daha həssas edə bilər. Həkimdən lazımi tədbirlər haqqında məlumat al.

Radio terapiya alan qadınlar şüanın partnerlərinə keçə biləcəyindən narahatdırlar. Ən yaxşısı bu haqda həkimlə danışmaqdır. Ümumilikdə isə, əgər radiasiya bədəninin xaricində bir aparatdan gəlirsə, bədənində heç bir şüa qalmır. Bu halda narahatçılığa səbəb yoxdur.

Əgər sənin uterusa və ya vaginana radioaktiv implant yerləşdirilibsə, yenidən nə zaman cinsi əlaqəyə girə biləcəyini həkiminlə müzakirə et.

Partnerinlə danış.

Sağlamlığındakı dəyişikliklər səni narahat edirsə, bunları partnerinlə paylaş. Birlikdə müzakirələr aparıb, cinsi repertuarınız üzərində  işləyə bilərsiniz. Ehtiraslanma, boşalma üçün zamana ehtiyacın ola bilər, partnerinə gözləntilərindən bəhs et. Partnerin səni incitməkdən və ya nəyisə səhv edəcəyindən qorxa bilər. Bu haqda onu məlumatlandır. Nədən həzz aldığını ona de.

Terapiya dəstəyi al.

Tək deyilsən. Döş xərçəngi və digər xəstəliklərdə depressiya və təşviş əksərən rastgəlinən problemlərdir. Cinsi sağlamlığa təsiri də danılmazdır. Dəstəyə ehtiyacın olduğunu düşünürsənsə cütlük konsultasiyası və cinsi terapiyası almaq münasibətində yaxşılaşmalara kömək edəcəkdir. Unutma, cinsi həyatın xərçəngdən əvvəl sənin üçün əhəmiyyətli idi. İndi də əhəmiyyətli olmamaq üçün bir səbəb yoxdur. Xərçəng və müalicəsi sağlam və doyurucu cinsi həyatının olmağına əngəl deyil.

 sexhealthmatters.org

 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.