Şəbnəm Sadıqova
Psixoloq, Seks terapevt.Azərbaycanda təşkil etdiyi ilklər:
- Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini qurmuşdur.
- Online Psixoterapiya sistemini yaratmışdır.
- Cinsi sağlamlıq, cinsi terapiya və cinsi təhsil üzrə ixtisaslaşmış mütəxəssisdir.
- Cinsi sağlamlıq üzrə Avropa Tibbi Seksologiya (ESSM) sertifikasiyasına və AASECT üzvlüyünə sahibdir.
- Musiqili, seks hekayəli, bol gülüşlü, tabuları qıran bir layihə: SEXOPHONE TALKS eventləri keçirilir.
- Azərbaycan tarixində ilk dəfə, orta məktəbdə Əhatəli Cinsi Təhsil proqramının təlim proqramını hazırlamış və pilot məktəbdə tətbiqinə başlamışdır.
Psixologiya üzrə təhsil aldığı qurumlar: Bakı Dövlət Universiteti (bakalavr), Azərbaycan Dövlət Pedaqoji Universiteti (magistr), Cərrahpaşa Tibb Fakültəsi psixiatriya departamenti (staj), Norveçin “Uni Health” mərkəzi tərəfindən təşkil olunmuş “Ailə psixoterapiyası” kursu, Danimarka/Kopenhagen Universitetinin təşkil etdiyi psixoterapiya kursu, Hollandiya Şimali-Amsterdam, Zaandam və Maastricht şəhərlərində fərqli ekollarda psixoterapiya kursları, Ankarada Prof. Dr. Vamık Volkandan Psixoanalitik Psixoterapiya kursu, Avropa Seksologiya Federasiyası və Avropa Tibbi Seksologiya Cəmiyyəti tərəfindən keçirilən Tibbi Cinsi Sağlamlıq təhsili və s.
Klinik fəaliyyətlərində və elmi araşdırmalarında psixi və cinsi disfunksiyaların müəyyən edilməsi, müalicə yolları, sonsuzluq, hamiləlik dövrü çətinlikləri, psixi və cinsi maarifləndirmə sahələrinə fokuslanmışdır. Psixologiya və seksologiya sahəsindəki məlumatların hərkəs tərəfindən anlaşılmasını və istifadəsini məqsəd qoyan bir sıra yazılar və məqalələrin müəllifidir.
Holland, ingilis, rus, və türk dillərində sərbəst danışır, alman və fars dilini başlanğıc səviyyədə bilir.
Hal-hazırda aşağıdakı problemlərin psixoterapiyası ilə məşğuldur:- Cinsi disfunksiyalar
- Postpartum (doğuş sonrası) depressiya
- Həyəcan pozuntuları
- Panik atak
- Depressiya
- Obezlik xəstəliyi (şişmanlama)
- Anoreksiya nervoza, Bulimiya nervoza
- Yuxu pozğunluqları
- Manik pozğunluq
- Post-travmatik stress
- Obsessiv-kompulsiv pozuntu
- Sosial fobiya və digər fobiyalar