Cinsi terapiyanın tətbiq olunduğu sahələr:

♀ Qadında cinsi istəyin azalması,
♀ Qadında orqazmın olmaması və ya pozulması
♀ Qadında cinsi əlaqəyə nifrət, diksinmə
♀ Qadında ağrılı cinsi əlaqə, dispareuniya
♀ Vaginizm
♀ Qadında cinsi oyanmanın pozulması, genital reaksiya çatışmazlığı
♀ Qadında yüksək cinsi meyllilik, nimfomaniya
♀ Menopauza və klimakterik sindrom

♂ Kişidə cinsi istəyin azalması
♂ Kişidə orqazmın olmaması və ya pozulması
♂ Kişidə cinsi əlaqəyə nifrət, diksinmə
♂ Kişidə ağrılı cinsi əlaqə, dispareuniya
♂ Kişidə ereksiya pozuntusu, sərtləşmənin olmaması
♂ Kişidə cinsi oyanmanın pozulması, genital reaksiya çatışmazlığı
♂ Vaxtından qabaq eyakulasiya, erkən boşalma
♂ Kişidə yüksək cinsi meyllilik

Cinsi terapiya fərd və ya cütlüklə keçirilir. Cütlükdə hər iki tərəfin yaşadığı narahatçılıqlar, nələrin baş verdiyi, özlərini necə hissetdikləri, terapiyaya nə üçün müraciət etdikləri və s. danışılır və problemlə bağlı tibbi-psixoloji məlumatlar verilir. Əgər şikayət edilən problem psixogendirsə, plan qurularaq terapiyaya başlanılır. Terapiyanın gedişatında lazım gələrsə, cütlüklə tək-tək görüşülür və ya fərdi seanslardan birinə şəxsin partneri dəvət edilir. Hər görüşdə, cütlük uğurlu sonluğa bir addım daha yaxınlaşır.

Terapiyaya cüt olaraq gəlmək, problemin daha qısa zamanda həll olunmağına kömək edir, müalicəni sürətləndirir. 

Ən çox verilən suallar:

Terapiya nə qədər çəkir? 
Müalicədə psixoterapevtlə yanaşı cütlüyün də aktiv iştirakı mühüm rol oynayır. Hər üç tərəfin birgə əməyi, bu terapiya müddətini qısaldır. Əgər cütlük lazım olduğunda bir araya gələ bilirsə, terapiya seanslarını prioritetləşdirirsə, görüşlərə hazır gəlirsə, terapiyanın tələb etdiyi şərtlərə uyursa, bu zaman müddət də qısalır. Təcrübəmdə ən qısa terapiya müddəti 4 gün, ən uzunu isə 3 ay olmuşdur. Bu tamamilə cütlüyün yaşadığı problemin ağırlığına, aralarındakı  münasibətə, terapiyadakı aktiv iştiraka bağlıdır.
Terapiya bir yarış deyil. Müddəti düşünmədən, təmkinlə müalicə almaq lazımdır.

Terapiya zamanı iynə-dərman yazılırmı?
Xeyr, cinsi terapiyada heç bir əlavə müalicəyə ehtiyac yoxdur. Psixoterapiya ilə 100% müalicə olunur. Sadəcə danışılır və şərtlər, tapşırıqlar yerinə yetirilir.

Hipnozla müalicə edirsinizmi?
Hipnoz müalicə üsulu deyildir. Cinsi problemlərdə isə ümumiyyətlə istifadəsi düzgün deyildir. Bəzi psixi xəstəliklərdə hipnozdan yardımçı bir metod olaraq müalicə gedişatında istifadə edilə bilir, lakin bir müalicə şəklində əsla!
Cinsi problemlərin 95%-i psixoloji olduğu üçün, insanlarla rasionallıqla terapevtik abu-havada olmaq, cütlüyün fərdi və cüt şəklində problemini aydınlaşdırmaq və çözümünə çalışmaq effektivdir.
Sizə 3-5 gün sonra nəticə alacağınıza dair vəd verənlərə də inanmayın. Müalicənin metodikası dəqiq ola bilər, lakin nə qədər sürəcəyi əvvəlcədən əsla bilinməz. Diaqnoz hər kəsdə eyni ola bilər, lakin, insanlar fərqlidir və onlara yanaşma individual olmalıdır. Araşdırmağa və sorğulamağa açıq olun ki, aldadılmayasınız.

Sağalacağıma qarantiya verirsinizmi?
Cinsi terapiya vasitəsilə cinsi disfunksiyaların həlli 100%dir. Sağlamlıqla bağlı qarantiya verilməz. Buna çalışılır, əmək sərf edilir və arzulanan nəticəyə gəlinir.

Müalicə üçün haraya gəlməliyik?
Hazırda qəbulum ancaq online-dır. Bu linkdən terapiya şəraiti haqqında ətraflı məlumat ala bilərsiniz.

Seans nə qədər çəkir və ödəniş necədir?
Seans müddəti və ilk görüş üçün nəzərdə tutulan ödəmə detalları haqqında bu linkdən ətraflı məlumat ala bilərsiniz.

Sizinlə necə əlaqə saxlaya bilərik?
Terapiyaya başlamaq üçün hər ikiniz də ortaq qərar aldıqdan sonra bu linkdəki məlumatları detallıca incələyib, şəraitinizin uyğun olub-olmadığını öyrənin. Tam hazır hiss etdiyinizdə, həmin linkdən qeydiyyatdan keçərsiniz. Emailinizi aldığımda, gün və saat təyini ilə bağlı sizə email göndərəcəm. Tarixi seçdikdən sonra ödəməni edəcəksiniz və qeydiyyat tamamlanacaq.
Sizinlə paylaşacağım platformadan, təyin edilən tarixdə görüntülü və səsli şəkildə seansı başladacağıq.

Cinsi problemlərlə bağlı məqalələr üçün klikləyin:

Vaginizmin müalicəsi
Cinsi həyatla bağlı səhv inanclar
Erkən boşalma. Kimin problemidir?
Bu masturbasiya nəmənə olan şeydir?
Vaginizm haqqında əsas suallar və cavabları
Sağlam cinsi həyat üçün diqqət edilməli məqamlar
Gəlini çıldağa aparırlar.

shabnamsadigova.com saytında yayımlanan sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.