Hazırda online terapiya axşam saatları üçün gözləmə siyahısı var.
Lütfən, vaxt təyini edilmədən, ödəmə etməyin.
Ofisdaxili terapiya mövcud deyil.
TERAPİYA ÜÇÜN ŞƏRAİT:
-
- Tək qala biləcəyiniz, şəxsi problemlərinizdən rahatlıqla danışa biləcəyiniz şəraiti yaradın,
- Seans müddətində sizin olduğunuz otağa kənar şəxslərin girməyəcəyinə əmin olun,
- Sürətli internet bağlantınızın olsun,
- Verəcəyim link vasitəsilə canlı görüş keçiriləcək.
- Mikrofon və kameranın işlək vəziyyətdə olmağı lazımdır.
- Terapiya səsli və görüntülü olmalıdır. Lütfən, terapiya müddətində olacağınız otağın yaxşı işıqlandırılmış və səssiz olmağına diqqət yetirin.
- Diqqətinizi yayındıracaq vasitələri otaqdan kənar edin (telefon, ev heyvanı …)
* Aparılan terapi seansları gizlilik prinsipinə bağlı qalaraq, etik qaydalar çərçivəsində həyata keçirilir.
* Mesaj və ya email yolu ilə terapiya xidməti verilməməkdədir.
Addım 1: Randevu almaq üçün aşağıdakı forumdan qeydiyyatdan keçiniz.
Addım 2: Email aldıqdan sonra vaxt təyini üçün gün və saat təklifi göndəriləcəkdir.
Addım 3: Ortaq vaxt təyin edildikdən sonra, danışılan saatda verilən vasitəsilə zəng olunacaq və terapiya başlayacaqdır.
(Seans başlamazdan 5 dəqiqə əvvəl mikrofonu və kameranı kontrol ediniz.
TERAPİYA ÜÇÜN ÖDƏNİŞ:
Fərdi terapiya Cüt terapiyası
müddət: 50 dəq. müddət: 60 dəq
ödəmə: 180 Azn. ödəmə: 250 Azn.
Online terapiyanın tətbiq edilmədiyi hallar:
– Ağır psixiatrik pozuntu hallarında,
– Kriz vəziyyətində: özünə və ya başqalarına zərər verməyə dair düşüncələrin olmağı, intihar düşüncələri,
– 18 yaşından kiçik olmağı.
** Alınan randevunu dəyişdirmək və ya ləğv etmək istəyi seans vaxtından ən az 48 saat əvvəl terapistə bildirilməlidir.
Əks təqdirdə geri ödəniş edilməyəcək və ya yeni ödəmə edilmədən başqa randevu verilməyəcəkdir.