Pandemiya səbəbilə ofis bağlıdır. Sentyabr ayına qədər seanslar ancaq online keçiriləcək.
Qəbul detalları haqqında məlumat almaq üçün bu səhifəyə keçid ediniz:
ONLINE TERAPİYA 

Uzun illərin klinik təcrübəsindən məlumum oldu ki, terapiyada görüşdüyüm insanlar klinika abu-havasından uzaq, özlərini daha rahat hiss edəcəkləri, gizliliklərinin və güvənliklərinin qorunduğu, kameranın və kənar şəxslərin olmadığı bir şəraitdə terapiya almağı arzulayırlar. Bunları nəzərə alaraq 2015ci ildə “Terapiya Evi”ni qurdum. Fərqli layihələrlə əlaqədar, illərlə Bakıda, İstanbulda, İzmirdə və Hanoidə (Vyetnam) fəaliyyət göstərdim.

2019 Oktyabrdan etibarən “Terapiya Evi” Bakıda fəaliyyətinə davam edir. Hər seans saatı, öncəki pasientlə sonrakının bir-biri ilə qarşılaşma ehtimalını sıfıra endirəcək şəkildə nizamlanmışdır. Və açıq ünvan pasientlər xaricində heçkəslə paylaşılmır.

Hərkəsin gizliliyi və güvənliyi adına, Terapiya Evinin öz şərtləri var:

1- Randevu almadan heçkəs ofisə gələ bilməz.

2- Pasient(lər) (fərd/cütlük) xaricində heçkəs terapistin dəvəti və pasientin razılığı olmadan ofisə gələ bilməz.

3- Qəbula yazılmaq üçün qeydiyyatdan keçmək lazımdır.

4- Seans vaxtı təyin edildikdə, təxirə salma və ya ləğv etmə ehtiyacı varsa, ən az 24 saat əvvəl xəbər verilməlidir. Əks halda 50% kompensasiya ödəniləcək.

5- Seans terapistdən qaynaqlı səbəblərlə gec başlasa, başladığı müddət qədər gec bitir. Seans pasientin gecikməyi səbəbindən gec başlayarsa, ona verilən randevu saatının başından etibarən qalan müddətdən yararlana bilir. Ancaq gecikmə 15 dəqiqəni keçərsə o günkü seans ləğv olunur, ödənişə daxil edilir.

6- Seanslar planlaşdırılan vaxtda başlayıb və öncədən deyilən dəqiqədə də bitir. Əlavə müddət ödənişə daxil edilir.

7- Terapiyada hər iki tərəfə aid məsuliyyətlər və sərhədlər vardır. Ətraflı oxumaq üçün daxil olun: Sərhədlər

Digər etik qaydalar, terapistə və pasientə aid məsuliyyətlər və s. ilk seanslar ərəfəsində paylaşılır, uyğunlaşdırılır.

Şəbnəm Sadıqova
Psixoterapevt- Seks Terapevt
E-mail: shabnam.sadig@gmail.com