Necə edim ki, yaxşı seks həyatım olsun?
Yaxşı seks öz bədəninin necə işlədiyini anlamaqla olur. Hərkəsin fərqli seks impulsları var və məsələ seksə gələndə fərqli zövqləri ola bilir. Ona görə də “normal” olmaqla bağlı narahatçılığın olmasın. “Normal” deyə bir kriteriya yoxdur.
İnsanlar hansı növ sekslə məşğul olurlar?
Seks standart bir ölçü olan və hərkəsə uygun gələn birşey deyil. Sənə yaxşı hiss etdirən şey başqasına uygun gəlməyə bilər. Məsələ seksual davranış və arzu olduqda, hərkəs fərqlidir. Ancaq burada bəzi ortaq seksual fəaliyyətlər var:
– masturbasiya tək və ya partnerlə birgə
– oral, anal və vaginal seks
– öpüşmək
– bir-birinin bədəninə sürtünmək
– seks oyuncaqları istifadə etmək
– seks zəngləri və ya mesajlaşması
– pornoya baxmaq və ya oxumaq
– seks söhbəti etmək və ya seks zamanı “kirli” danışmaq.
İnsanlar fərqli şeylərdən ehtiraslana bilirlər, ona görə də nəyi xoşlayıb-xoşlamadığın haqqında ünsiyyət qurmaq partnerinə sənin üçün nəyin normal, nəyin məhdud olduğunu bilməyinə kömək edəcək.
Erogen zonalar nələrdir?
Bəzi bədən üzvlərinin çoxlu sinir ucları vardır və onlara toxunulmağı sayəsində həyəcanlana və ya ehtiraslana bilirsən. Onlar sənin erogen zonalarındır. Əksər insanların ən böyük erogen zonaları onların genital nahiyələridir: vulva, klitoris, labia, vagina, penis, skrotum, perine, prostat və anus.
Ümumilikdə, penis və vagina ən həssas olanlardır. Digər ümumi erogen zonalar döş ucları, iç budlar, dodaqlar, ağız, qulaqlar, boyun və ayaqlardır. Lakin, hərkəsdə erogen zonalar fərqlidir, sənə uyğun gələn, başqası üçün narahat edici ola bilər. Ona görə də öncədən aydınlaşdırmaq və soruşmaq lazımdır!
İnsanlar nə qədər məşğul olmalıdır sekslə?
Seks sayı üçün “normal” deyilə biləcək heç bir miqdar və ya ölçü yoxdur. Hərkəs fərqlidir. Sekslə hansı tezlikdə məşğul olmağın bir çox səbəblə əlaqəlidir. Məsələn, partnerinin olub-olmamağı, həyatında baş verənlər və seks impulsunun nə dərəcədə güclü olmağı (seks üçün istəkli olmaq).
Hərkəsin seks impulsu fərqlidir. Sənin seks istəyin bəzi vəziyyətlər səbəbi ilə dəyişə bilər, məsələn: stress, qəbul etdiyin dərmanlar, fiziki-emosional və həyat şəraitinə dair faktorlar və s.
Bəzi insanlar hər gün və ya gün ərzində bir dəfədən çox sekslə məşğul olmaq istəyir, bəzilərinin isə seks heç yadına da düşmür. Heçkəsə heç bir cinsi cazibə və arzu hiss etməyən insanlar özlərini aseksual olaraq adlandıra bilərlər.
Öncəki yazı: Seks #1
Sonrakı yazı: Seks #3
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.
[…] Sağlam cinsi həyatSeksin faydalarıMasturbasiya […]
BəyənBəyən