Seks #5 – Oral seks

Oral seks nə qədər yayqındır?

oral sex

Oral seks: partnerin genitalının dil və ağızla stimulə edilməsidir. Bəzi cütlüklər ön sevişmədə edərkən, bəziləri də partnerinin orgazma çatmağı üçün faydalanırlar.

Penisə edilən oral seks fellatio adlanır.
Qadın genital nahiyəsinə edilən oral seks cunnilingus (kunilinqus) adlanır.
Bəzən partnerlərdən biri digərinin anal nahiyəsinə oral etdiyində də, bu: aniligus adlanır.

Dünya statistikasına görə oral seks çok da geniş yayılmamışdır. Baxmayaraq ki, Birləşmiş Ştatlar və İngiltərədə aparılan çalışmalar müəyyən fikir formalaşdırıblar.

15-44 yaş aralığı Amerikalılar üzərinə aparılan Ailə Artımı ilə əlaqəli milli araşdırmada 2011-2013 illərində kişilərin 83%-i, qadınların da 82%-i həyatlarının müəyyən dönəmində əks cinsdən olan partneri ilə oral seks yaşadığını bildirmişdir.

Kişilərdən 6%i həmcinsləri ilə oral seks yaşadığını bildirmiş, qadınların həmcinsləri ilə təcrübələrinə dair isə data qeyd olunmamışdır.

2016cı ildə İngiltərədə aparılan araştırma isə, 16-54 yaş aralığı insanların 67% və 80%-i əvvəlki il oral seks təcrübə etdiklərini qeyd edir.

Yaşlı insanlar da oral seks edirlər.

İngiltərədə aparılan eyni araşdırmada göstərilir ki, tədqiqatın öncəki ilində 65 yaş və üstü kişilərdən 30%-i, qadınlardan isə 19%-i oral seks yaşayıblar.

Oral seksdən qadınların hamilə qalmağı mümkünsüz olsa belə, partnerlərin cinsi yolla xəstəliyə yoluxmağı mümkündür. HIV, sifilis, herpes, gonorrhea, chlamydia və insan papillomavirusu (HPV), hamısı oral seks yolu ilə yoluxdura bilər.

Əlavə olaraq qeyd edim ki, anilingus yolu ilə də infeksiyalar: hepatit A və B, bağırsaq parazitləri (Giardia) və E. coli kimi bakteriyalar yoluxa bilir.

Cütlük bu riskləri minimuma endirmək üçün gərək condomdan istifadə etsin. Dental dam- adlanan parçadan da vagina və ya anus nahiyəsini örtmək üçün istifadə etmək olar. Dental dam- latex parçasıdır, bəzən də condomun kəsilmiş hissəsi kimi də istifadə etmək olar. Condomun baş hissəsini və yanından bir tərəfini kəsərək anus və ya vaginanı örtə biləcək formaya salmaq mümkündür.

İstənilən növ seksdən öncə yaxşıca yuyunmaq lazımdır. Xüsusilə də genital nahiyənin təmiz olmağı mütləqdir.

Oral seksdən öncə yox, sonrasında dişləri fırçalamaq, ağzı qarqara etmək faydalıdır.

Öncəsində niyə olmaz? deyə soruşsanız, diş fırçalayarkən diş ətində kiçik yara və ya qanamalar oral seksdən infeksiya keçirməyə risk faktoru yarada bilər. Buna görə də diqqətli olmaqda fayda var.

Oral, anal, və ya vaginal seks yaşamaq istəyirsinizsə, bu 2 məqamı diqqətdən kənar qoymayın:

1- Təmizlik
2- Partnerin rızası

Öncəki yazılar:
Seks #1
Seks #2
Seks #3
Seks #4

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.